FACT-INFO.AZ » AKTUAL »    Dünyanın hər məhəlləsini müharibə bürüyür – Belə bir dövrdə türk birliyinin hədəfləri
20-06-2025, 11:30 | AKTUAL
   Dünyanın hər məhəlləsini müharibə bürüyür – Belə bir dövrdə türk birliyinin hədəfləri

Dünyanın başının qaçdığı hazırkı dönəmdə sabitliklə, təhlükəsizliklə bağlı bədbin proqnozlar verilir. Gerçəkdən sürətlə dəyişən siyasi proseslər, beynəlxalq hüququn kitabının bağlanması, ardıcılıqla davam edən müharibələr vəziyyətin ağırlığından xəbər verir. Siyasətlə şounun sintezini yaradan ABŞ prezidenti D. Tramp seçki dönəmində dünyaya sülh vəd edirdi. İndi isə dünyanın hər məhəlləsini müharibə bürüyür. 

Məhz belə məqamlarda bu bəlalardan qorunmaq, təhlükəsizliyi təmin etmək üçün Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi, əhatə dairəsinin genişlənməsi  effektli olar. Müxtəlif dövlətlərin, hər hansı qüvvələrin belə pozitiv ideyalardan əndişələnməsinə, narahatlıq  keçirməsinə  əsas yoxdur.

 Dünyanın belə qaynar  çağında Türk Dövlətləri Təşkilatı sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir. Azərbaycan- Türkiyə əməkdaşlığı, Prezident İlham ƏliyevinTürkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimindəki  çıxışı, verdiyi mesajlar bu birliyin strateji hədəflərindən xəbər verir. Ümumilkdə götürəndə Türk Dövlətləri Təşkilatının özəyini Azərbaycan və Türkiyə təşkil edir. Mərkəzi Asiya respublikalarında müəyyən dövrlərdə tərəddüdlər olub.

 Dünyanın bütün siyasi-iqtisadi gərginliklərinə baxmayaraq, həmin dövlərin  bu birliyin strateji hədəflərini, əlaqələrin möhkəmlənməsi baxımından effektiv nəticələrini görərək, bu istiqamətdə fəal iştirak edəcəklərinə inanmaq istərdik. Çünki Mərkəzi Asiya respublikaları öz nicatlarını hegemon güclərin çətiri altında tapa bilməyiblər. Yalnız bərabər hüquqlu əməkdaşlıq şəraitində Türk Dövlətləri Təşkilatı xəttilə təhlükəsizlik, sabitlik, davamlı inkişafın dərinləşməsi mümkündür.

 Türk birlyi gəlişi gözəl, pafoslu ifadələr deyil. Burada böyük qardaş anlayışı yoxdur. Bütün maraqlı tərəflərin maraqlarını ifadə edəcək səmimi münasibətlər ortadadır.

Nəhayət, istər Rusiya-Ukrayna, istərsə də İsrail-İran müharibəsi gec-tez bitəcək. Bu müharibələrin nəticələrindən asılı olmayaraq yeni türk dövlətlərinin yaranması ehtimalı böyükdür. 

  

  Əkrəm Bəydəmirli

 

 




Baxış sayı: 410
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30