Macarıstanın Baş naziri Viktor Orban İranla İsrail arasında gedən hərbi toqquşmalara münasibət bildirərək, İranda mövcud hökumətin süqutunun yalnız bu ölkədə deyil, bütövlükdə Yaxın Şərq regionunda ciddi qeyri-sabitliyə səbəb ola biləcəyini deyib.
Fact-info.az xəbər verir ki, o, bu barədə "Kossuth" radiostansiyasının səhər proqramında danışıb.
"Əgər İranın mərkəzi hökuməti dağılarsa, ölkənin özü də parçalana bilər və bunun ardınca regionda destabilizasiya baş verə bilər," - deyə Orban bildirib. Onun fikrincə, belə bir ssenari qarşısıalınmaz münaqişələrə yol aça bilər və bu, mütləq şəkildə qarşısı alınmalıdır.
Orban əlavə edib ki, nə Macarıstan, nə də digər ölkələr bu cür hadisələrin baş verməsində maraqlı deyil: "Belə bir vəziyyət qlobal enerji bazarlarında - xüsusilə neft və qaz qiymətlərində - kəskin artıma gətirib çıxaracaq".
Xatırladaq ki, İsrail 13 iyuna keçən gecə İranın nüvə və raket proqramlarını sıradan çıxarmaq məqsədilə bu ölkəyə qarşı hərbi əməliyyata başlayıb. Cəmi bir gün sonra İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə tərəflər arasında qarşılıqlı zərbələr davam edib. Həm İranda, həm də İsraildə insan tələfatı və yaralananlar var. Bəzi hərbi və sənaye obyektləri zərər görüb.
Baxış sayı: 95
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
