Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndi şəhərində anadan olub.
Fact-info.az xəbər verir ki, orta məktəbi bitirdikdən sonra Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət edib və daha sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olub. 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıdıb. 1988-ci ildə Moskvada Hərbi Siyasi Akademiyada təhsil alıb. 1991-ci ildə ermənilərin törətdiyi təxribatların artdığını görən Şirin Mirzəyev Vətənə qayıtmaq qərarına gəlib. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradılıb və ürəyi Vətən sevgisilə çırpınan Şirin Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilib. Şirin Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində orduda olan bir çox nöqsanlar aradan qaldırılıb. Şirin Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı avtomobilinin minaya düşməsi nəticəsində şəhid olub.
Azərbaycan Respublikasının Prezidentinin 1994-cü il tarixli Sərəncamı ilə Şirin Vəli oğlu Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Baxış sayı: 220
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
