Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib, konstruktiv dialoqun davam etdirilməsinin və konkret nəticələrin əldə olunmasının vacibliyini vurğulayıblar.
Fact-info.az xəbər verir ki, bu barədə Ermənistan höküməti məlumat yayıb.
Tərəflər, həmçinin, regional hadisələrə toxunaraq bu kontekstdə ikitərəfli əməkdaşlığın mümkün istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Baş nazir Paşinyan Ermənistanın regionda sülh və sabitliyin təmin olunması prosesinə sadiqliyini vurğulayıb və qonşularla münasibətlərin normallaşdırılması siyasətini davam etdirmək əzmində olduğunu bildirib.
İki ölkənin liderləri birbaşa təmasların və dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüş zamanı Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dair də fikir mübadiləsi aparılıb. (APA)
Baxış sayı: 105
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
