FACT-INFO.AZ » XƏBƏR » Bilal Dündar: Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu əbədidir
21-06-2025, 11:00 | XƏBƏR / AKTUAL
Bilal Dündar: Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu əbədidir

Hörmətli oxucular! Ortalıq toz-duman və qaranlıq içindədir. İmperialist dövlətlər öz istismar siyasətlərini davam etdirmək üçün hər cür hiyləgər oyunlardan istifadə edirlər. Güclü dövlətlər “böl, parçala, hökm sür” prinsipi ilə ölkələri parçalayaraq kiçik dövlətciklərə çevirmək və beləcə asanlıqla istismar etmək üçün, xüsusilə də neft bölgəsi olan Orta Şərqi illərdir planlı şəkildə dağıdıb, viran qoyurlar.

 İraq, Liviya, Suriya kimi ölkələr artıq parça-parça edildi. İndi isə İran, İsrail tərəfindən bir həftəyə yaxındır ki, eyni ssenari ilə bombalanmaqdadır. Avropa bu proseslərə gizli dəstək verir. ABŞ isə təhdid və şantaj dolu açıqlamalarla “vurarıq da, vurmaya da bilərik” kimi ziddiyyətli bəyanatlar verərək bölgəni daha da qarışdırır. Trampın sözləri bir yana, Amerika artıq Aralıq dənizində aviadaşıyıcı gəmilər və hərbi qüvvələr yerləşdirərək yığım aparır.
“Böyük Orta Şərq Projesi” addım-addım həyata keçirilir. İsrailin nəzarətində olan qüvvələr bölgədə istifadə edə biləcəkləri bir “Kürd dövləti”ni formalaşdırmaq məqsədilə bölgə ölkələrinin əraziləri hesabına bu planı rəsmiləşdirməyə çalışırlar. Qarşıdakı günlər bir çox hadisələrə hamilədir. Gözləyək və görək.


Türkiyə-Azərbaycan


Bir millət, iki dövlət – bu cür qardaş və dost münasibətlər dünyada nadir rast gəlinən bir örnəkdir. Tarix boyunca yaşanmış qardaşlıq nümunələrini yazmaq üçün bir kitab belə az olar. Türkiyənin Qurtuluş Savaşında əldə etdiyi zəfər, böyük ölçüdə Azərbaycanın maddi və mənəvi dəstəyi sayəsində mümkün olmuşdur. Azərbaycan xəzinəsindəki 750 kiloqram qızılın 500 kiloqramını Rusiyaya verərək Türkiyəyə silah almaqda yardımçı olmuşdur. Beş il ərzində Türkiyəyə pulsuz neft göndərilmişdir. Türkiyənin qurucusu Mustafa Kamal Atatürk, Azərbaycanın rəhbəri Nəriman Nərimanova təşəkkür məktubu yazaraq “Qurtuluşdan sonra borcumuzu ödəyəcəyik” demişdir. Gələn cavab isə tarixdə bənzəri olmayan bir cavab olmuşdur: “Paşam, qardaşın qardaşa borcu olmaz. Qardaş, qardaşının əlindən tutar”. 


Çanaqqala savaşında 1800 könüllü Azərbaycan gənci, qardaş torpağı müdafiə etmək üçün savaşa qatılmış və şəhid olmuşdur. 1918-ci ildə Bakıda erməni və rus quldur dəstələri tərəfindən törədilən qətliamları dayandırmaq üçün Nuru Paşanın komandanlığı ilə gələn Qafqaz İslam Ordusu 1200 şəhid verərək Azərbaycanı düşməndən azad etmişdir. O zaman Türkiyənin özü də müharibə vəziyyətində olmasına baxmayaraq bu yardımı etmişdir. 1999-cu il Marmara zəlzələsi zamanı isə Azərbaycanın ümummilli lideri Heydər Əliyev, qardaşı Prezident Süleyman Dəmirəllə birlikdə yardım aparan ilk dövlət başçısı olmuşdur. 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan torpaqlarını azad edərkən, Türkiyə bütün dünyaya Azərbaycanın arxasında dayandığını açıq şəkildə bəyan etmişdir. Ən son 2023-cü ildə Türkiyənin 11 vilayətində baş verən dağıdıcı zəlzələdə də ilk yardım əli məhz Azərbaycan xalqından gəlmişdir. Yaxın günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyev, Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adı altında inşa edilən zəlzələ evlərinin açılışını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə reallaşdırmışdır. Hər iki prezident Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik sənədinə imza ataraq münasibətləri yeni mərhələyə daşımışdır.

 
Son günlər bəzi şəxslərin İsrail bəhanəsi ilə yalan, böhtan və qarayaxma kampaniyaları apardığını görür və eşidirik. Halbuki, Azərbaycanla İsrail arasında illərdir mövcud olan münasibətlər açıq və məlumdur. Ermənistanla müharibə dövründə İsrailin verdiyi silah dəstəyi də danılmaz faktdır. Azərbaycan Prezidentinin Fələstin məsələsinə dair “Fələstinin haqlı davasında maddi və mənəvi dəstəyimiz hər zaman davam edəcək” bəyanatları ortada olduğu halda, bunu görmək istəməyənlər bilərəkdən qulaqlarını qapadırlar. İran isə hər zaman Ermənistanın yanında olmuş, ona dəstək vermişdir. Halbuki İranda 35 milyona yaxın Azərbaycan türkü yaşasa da, İran hökuməti hələ də ikili və ziddiyyətli siyasət yürütməkdədir. Ətraf isə casuslarla doludur. Yalan, iftira, təxribat və təbliğatla iki qardaş ölkə arasındakı dostluğa və qardaşlığa zərər vurmaq istəyənlərin oyunlarını görürük və bilirik. Ancaq biz keçmişdə də bir olduq, gələcəkdə də bir olacağıq. Heç kim Türkiyə-Azərbaycan birliyinin sarsılacağından şübhə etməsin!

Bilal Dündar,
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsisçisi və fəxri sədri

Türkiyə, 21 iyun 2025

 




Baxış sayı: 295
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30