FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan BMT-ni erməni təcavüzünə son qoyulması üçün təcili tədbirlə görməyə çağırır
13-09-2019, 14:20 | SİYASƏT
Azərbaycan BMT-ni erməni təcavüzünə son qoyulması üçün təcili tədbirlə görməyə çağırır

Yaşar Əliyev öz çıxışında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 24-cü maddəsinin tələblərinə əsasən, Təhlükəsizlik Şurasının illik məruzələrinin Baş Assambleyada müzakirəsi BMT üzvü olan dövlətlərdən ötrü Şuranın işi barədə fikir mübadiləsi aparmaq və xüsusi diqqət tələb edən problemli sahələri üzə çıxarmaq üçün mühüm platformadır. Təhlükəsizlik Şurası öz funksiyalarını yerinə yetirərkən BMT-nin üzvü olan bütün dövlətlərin adından hərəkət edir. Buna görə də BMT-nin daha geniş auditoriyaya eşidilmək imkanları verilməlidir. Y. Əliyev bəyan edib ki, Azərbaycan bu baxımdan bəzi hadisələri müsbət qiymətləndirir, Təhlükəsizlik Şurasının transparentlik səviyyəsinin, üzv dövlətlərin daha geniş auditoriyası ilə onun qarşılıqlı fəaliyyəti üçün səylərin artırılacağına ümid edir.

Azərbaycanlı diplomat bildirib ki, dünya birliyinin sülhə və təhlükəsizliyə təhdidlərlə üzləşdiyi indiki vaxtda beynəlxalq hüquq qaydalarının möhkəmləndirilməsi və bütün səviyyələrdə səylərin ikiqat artırılması tələb olunur. Bunun üçün beynəlxalq hüququn hamılıqla qəbul edilmiş, dövlətlərarası münasibətləri tənzimləyən norma və prinsiplərinə ciddi riayət edilməlidir. Təhlükəsizlik Şurasının fəaliyyətinin səmərəli olması üçün ilk növbədə onun qərarlarının yerinə yetirilməsi tələb olunur. Bu baxımdan, üzv dövlətlərin öhdəlikləri BMT Nizamnaməsinin 25-ci maddəsində dəqiq şərh edilib. Y.Əliyev vurğulayıb ki, Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq suveren dövlətlərə qarşı qanunsuz güc tətbiq etmək və bununla əlaqədar ərazilər əldə olunması halları davam edir. Lakin bu heç də o demək deyildir ki, belə vəziyyət Şuranın fəaliyyətində məqbul praktika sayıla bilər.

Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsini, onun ərazilərinin işğal olunmasını, mülki şəxslərə hücumlar edilməsini, Azərbaycanda yaşayış məntəqələrinin bombalanmasını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini, ərazilər ələ keçirilməsi üçün güc tətbiq etməyin yolverilməz olduğunu bir daha təsdiqləyib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Ermənistanın ərazi iddialarına və zorakı hərəkətlərinə cavab olaraq Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmasını təsdiq edib, bütün işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Şuranın sədrinin yeddi bəyanatı məhz Ermənistan tərəfindən Azərbaycana qarşı silahlı təcavüzün və Azərbaycan ərazilərinin işğal edilməsinin nəticəsi olub. Bu qətnamələrdə törədilmiş əməllər, bunun nəticəsində yaranmış qeyri-qanuni vəziyyətə son qoyulması üçün öhdəliklərin və vəzifələrin yerinə yetirilməməsi vurğulanır. Ermənistanın hərəkətləri qanunsuz güc tətbiq edilməsi kimi təsnif olnur və onun Azərbaycan ərazilərinə iddiaları tamamilə əsassız hesab edilib. Digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərarlar və sənədlər də eyni kontekstdə tərtib olunub.

Məsələn, münaqişənin nizamlanmasına və bu məqsədlə aparılan danışıqlara kömək etmək tapşırılmış ATƏT-in Minsk qrupu Azərbaycan ərazilərinin tutulması və işğalı ilə əlaqədar öz bəyanatında göstərir ki, güc tətbiq edilməklə hər hansı şəkildə ərazilər əldə edilməsi tanına bilməz və ərazinin işğal olunması beynəlxalq aləmdə tanınmaq və ya hüquqi statusun dəyişdirilməsi üçün istifadə edilə bilməz. Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Təhlükəsizlik Şurasının əsas tələbləri indiyə qədər yerinə yetirilməyib və bunun bilavasitə nəticəsi kimi həll edilməmiş münaqişə, onun hərbi və humanitar nəticələri sülhü, təhlükəsizliyi və inkişafı təhdid altında saxlamağa davam edir.

Bu fonda Ermənistanın həmin qətnamələrin aktuallığını azaltmaq, onların məqsədini və məzmununu təhrif etmək cəhdləri müşahidə olunur. Ermənistan münaqişənin nizamlanması prosesinə daim əngəl törədir, mütəmadi olaraq yerlərdə vəziyyəti gərginləşdirməyə və mövcud status-kvonun möhkəmlənməsinə yönəlmiş müxtəlif provokasiyalara əl atır. Bu yaxınlarda baş vermiş bəzi hadisələri xatırlamaq kifayətdir.

Keçən ay Ermənistan mənim ölkəmin suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsini ən yüksək səviyyədə Ermənistanın tərkib hissəsi elan edib və beləliklə, Azərbaycanın işğal edilmiş rayonlarını ilhaq etmək planlarını açıqlayıb. Bu, beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulmasıdır. Bu qətnamədən əvvəl Ermənistan hökumətinin müxtəlif yüksəkvəzifəli üzvləri başqa təhrikçi bəyanatlar səsləndiriblər. Məsələn, Azərbaycana “bircə qarış da olsa torpağın qaytarılmayacağı” barədə bəyanatlar və “yeni ərazilər uğrunda yeni müharibə” barədə hədələr eşidilir.

Ermənistanın Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisi olan Dağlıq Qarabağı və digər işğal edilmiş rayonları müxtəlif uydurma adlar altında təqdim etmək, habelə həmin ərazilərdə qurulmuş qeyri-qanuni oyuncaq rejimi təbliğ və reklam etmək cəhdlərinin də qanuni qüvvəsi yoxdur. Azərbaycanlı diplomat bildirib ki, bu rejimin qeyri-qanuni olması beynəlxalq səviyyədə dəfələrlə bəyan edilib; Yerevan tərəfindən rəhbərlik və nəzarət edilən bu rejim, nəticə etibarilə təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmənin məhsulundan başqa heç bir şey deyil.

Yuxarıda deyilənlər BMT və daha geniş beynəlxalq birlik tərəfindən təcili tədbirlər görülməsinib zəruri olduğunu təsdiq edir. Y.Əliyev bildirib ki, Azərbaycan ona qarşı davam edən təcavüzlə əlaqədar problemləri daim Təhlükəsizlik Şurasının nəzərinə çatdırır və Azərbaycanın təqdim etdiyi, hesabat dövründə Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədləri qismində yayılmış məlumatlar Təhlükəsizlik Şurasının müzakirə edilən məruzəsinin V hissəsinin 4-cü fəslində xatırlanır.

Azərbaycanın BMT yanında diplomatik missiyasının rəhbərinin dediyi kimi, bununla əlaqədar xatırlatmaq yerinə düşər ki, ümumi beynəlxalq hüququn imperativ normaları üzrə öhdəliklərin ciddi pozulmaları əlavə nəticələr doğurur. Buraya, o cümlədən, ciddi pozuntu nəticəsində yaranmış vəziyyətə son qoyulması məqsədilə bu vəziyyətin qanuni hesab edilməməsi, onun davam etməsinə kömək və ya yardım göstərilməməsi yolu ilə dövlətlərin əməkdaşlıq etmək vəzifələri daxildir. Buna görə də beynəlxalq birlik təkidlə tələb etməlidir ki, Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 nömrəli qətnamələri yerinə yetirilsin və Ermənistan öz beynəlxalq öhdəliklərinə ciddi riayət etsin.

Mandatı Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan, davam etməkdə olan sülh prosesinin əsas məqsədi işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasını, məcburi köçkünlərin və onların əmlakının qaytarılmasını təmin etməkdən ibarətdir.

Y.Əliyev çıxışının sonunda bildirib ki, bu hədəfə çatmaq zəruri, lakin kompromissiz qərardır. Bu, eyni dərəcədə labüd və aktualdır, çünki qanunsuz güc tətbiq edilməsi və bununla əlaqədar hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi heç vaxt sülh, barışıq və sabitlik gətirməyəcək.




Baxış sayı: 1 135
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:00 WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub Dünən, 19:00 Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək Dünən, 18:00 Orta Şərqdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb Dünən, 17:00 QHT Agentliyinin məsul şəxsləri bir qrup QHT təmsilçiləri ilə birlikdə WUF13-ün keçiriləcəyi ərazi ilə tanış olublar Dünən, 17:00 NATO ölkələrinə çağırış Dünən, 11:00 Azərbaycan bu ölkələrlə yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir Dünən, 10:00 Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub Dünən, 10:00 “Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb Dünən, 09:30 Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb Dünən, 09:00 WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti 12-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR 12-05-2026, 18:30 President Ilham Aliyev’s speech during meeting at first residential complex in Zangilan in world media spotlight 12-05-2026, 17:00 “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” 12-05-2026, 17:00 Yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq 12-05-2026, 12:00 Bu ölkənin teleməkanında separatizmə dəstək tezisləri mütəmadi olaraq davam edir 12-05-2026, 11:30 “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb 12-05-2026, 10:30 Qobustanda gənc müəllimlər arasında yarış keçirilib 12-05-2026, 10:00 Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi 12-05-2026, 09:30 Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşünür 12-05-2026, 09:30 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər 12-05-2026, 08:00 Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır 11-05-2026, 11:00 FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar 11-05-2026, 10:30 Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb 11-05-2026, 09:30 QHT Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib 10-05-2026, 18:00 Ulu Öndərin İrsi: gələcək nəsillərə müqəddəs əmanətidir 10-05-2026, 15:00 "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır" 10-05-2026, 12:30 Şair, publisist Ağatahir Cəbirli: Torpaq oğluyam! 10-05-2026, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva : "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" 10-05-2026, 11:00 TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq 9-05-2026, 11:30
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031