İtaliyanın Baş naziri Ciorcia Meloni Yaxın Şərqdəki böhranın kəskinləşməsi fonunda beynəlxalq tərəfdaşlar və region ölkələrinin rəhbərləri ilə telefon danışıqları aparıb.
Fact-info.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloni ilə G7-nin hazırkı prezidenti, Kanadanın Baş naziri Mark Karni, Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında məsləhətləşmələr olub. İtaliyanın Baş naziri, həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər rəhbərləri ilə müzakirələr aparıb.
Telefon danışıqları zamanı münaqişənin daha da genişlənməsinin qarşısını almağın, böhranın siyasi həllinə nail olmağın və tərəflər arasında danışıqların sürətlə bərpası istiqamətində işləməyin zəruriliyi vurğulanıb. Bildirilib ki, İtaliya tərəfləri danışıqlar masasına oturtmaq üçün səylərini davam etdirəcək.
Qeyd edək ki, Ciorcia Meloninin sədrliyi ilə İtaliya Nazirlər Şurasının iclası keçirilib.
Baxış sayı: 255
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
