FACT-INFO.AZ » SİYASƏT » Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir təşkil edilib
23-06-2025, 16:30 | SİYASƏT
Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir təşkil edilib

İyunun 23-də Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilib.

 Fact-info.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, ictimai və elm xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə "Qərbi Azərbaycan: Haqqın izi ilə" sənədli filminin nümayişi olub.

Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edir. Eləcə də sülh, barışıq, birgəyaşayış dəyərlərinə hörmətlə yanaşır. O deyib: “Biz dialoq üçün Ermənistan hökumətinə dəfələrlə təklif göndərmişik. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də bizim çağırışlarımıza cavab vermir. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur. Biz Ermənistanı insan hüquqları ilə bağlı öhdəliklərinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırırıq”.

Ə.Ələkbərli Ermənistandan azərbaycanlıların mərhələli deportasiyası, hüquqlarının pozulması və yaşanan faciələr barədə məlumat verib. O, həmçinin tədbir iştirakçılarını İcmanın fəaliyyəti, görülmüş işlər barədə məlumatlandırıb.

Daha sonra köçkünlük həyatının acı xatirələrindən və qayıdış arzusundan danışan Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Şirazi İbrahimov bildirib: “Bir əsrdə dörd dəfə qaçqınlıq həyatı yaşayan Qərbi azərbaycanlıların başına gələn müsibətlər digər soydaşlarımız kimi bizim ailədən də yan keçməyib. Mən uşaq olanda, valideynlərim 1905, 1918, 1948-1953-cü illər deportasiyası haqqında danışanda, bir növ mənə nağıllar aləmini xatırladırdı. Necə ola bilər ki, ermənilərə diqqət, qayğı ilə yanaşasan, yerləşmələrinə kömək göstərəsən, onlar isə sənə bu cür vəhşiliklər etsinlər. Təəssüflər olsun ki, qonşumuz olan ermənilər bu cür vəhşilikləri illər boyu, bir əsrdən artıq müddətdə törədiblər, lakin dünya ictimaiyyəti buna biganə yanaşıb”.

O, 1988-ci il deportasiyasında 15 yaşı olduğunu diqqətə çatdıraraq əlavə edib: “Mən orta məktəbi davam etdirmək üçün Basarkeçər rayonunun Nərimanlı kəndindən Bakı şəhərinə kimya-biologiya təmayüllü internat liseyinə gəldim. 1988-ci ilin dekabrında tətil olarkən internatda oxuyan bütün şagirdlər öz doğma evlərinə gedirdilər. Biz Qərbi Azərbaycanəsilli şagirdlər isə hara gedəcəyimizi, evlərimizin harada olacağını bilmirdik. Yəqin ki, 15 yaşlı uşaqların keçirdiyi bu stresi, sarsıntını təsəvvürə gətirmək olar. Həmin günləri xatırladıqca insan kədərlənir, valideynlərimizin, doğmalarımızın və Qərbi Azərbaycanda yaşayan insanların başına gələn fəlakətlər göz önündən keçir, insanı kövrəldir".

Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunub. Bu günün məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır. Qərbi Azərbaycan İcması da öz növbəsində hər il bu gün münasibətilə tədbir təşkil edir.




Baxış sayı: 130
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30