ABŞ-ın paytaxtı Vaşinqtonda ölkəmizin Birləşmiş Ştatlardakı səfirliyinin təşkilatçılığı və bu ölkədə yaşayan azərbaycanlıların iştirakı ilə təntənəli Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, şənliyə həmvətənlərimizlə yanaşı, ABŞ dövlət qurumlarının nümayəndələri, xarici ölkələrin Birləşmiş Ştatlardakı səfirliklərinin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri də qatılıb.
Tədbiri açıq elan edən səfir Elin Süleymanov qonaqları salamlayaraq, tarixi adət-ənənələrimizi təcəssüm etdirən Novruz bayramının soydaşlarımız ilə birlikdə ABŞ-da qeyd olunmasının əhəmiyyətini vurğulayıb. O, ölkəmizin rəhbəri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın gündən-günə çiçəkləndiyini, dünya ölkələri arasında xüsusi yer tutduğunu qeyd edib. Vətəndən uzaqda yaşayan soydaşlarımız arasında birliyin vacibliyini vurğulayan səfir, istər xoş, istərsə də ağrılı günlərdə bir-birimizə dayaq olmağın önəmini diqqətə çatdırıb. Tədbirdə milli Azərbaycan musiqisindən ibarət canlı konsert proqramı təqdim edilib, milli rəqslər nümayiş olunub.
Baxış sayı: 1 236
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

