Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti hərbi hissələrdən birində keçirilən “Açıq qapı” günündə olub və şəxsi heyətlə birlikdə bayram şənliyində iştirak edib. Hərbi hissəyə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanaya baş çəkiblər. Nazirliyin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri maraqlandıran məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinləyən müdafiə naziri bir sıra məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib. Şəxsi heyət üçün təşkil olunan bayram konsertindən sonra müdafiə naziri hərbi qulluqçular və qonaqlarla birlikdə bayram süfrəsi arxasında nahar ediblər.
Baxış sayı: 1 382
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

