Trend-in məlumatına görə, bu oldovanın sabiq Prezidenti Petru Luçinski VII Qlobal Bakı Forumu çərçivəsində deyib. Onun fikrincə, bu münaqişənin həlli üçün BMT, ABŞ və Rusiyanın, həmçinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasında maraqlı olan bir neçə ölkənin ciddi mövqeyi olmalıdır. P.Luçinski bildirib ki, qlobal siyasi çağırışlar regional münaqişələrin nizamlanmasına birbaşa təsir edir. Sabiq dövlət başçısı vurğulayıb ki, son illərdə qlobal oyunçular tərəfindən münaqişələrin həlli istiqamətində heç bir addım atılmır: "Qlobal siyasəti böyük ölkələr formalaşdırır, hazırda bu ölkələr BMT Təhlükəsizlik Şurasının 5 üzvüdür və bir sıra beynəlxalq institutlardır. Bir çox ümumi danışıqlar olur, lakin onlardan heç biri hər hansı regional problemin ədalətli həlli üçün məsuliyyəti öz üzərinə götürmək istəmir. Şəxsən mən düşünürəm ki, BMT səviyyəsində addımlar atılmalıdır". P.Luçinski deyib ki, BMT səviyyəsində nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ problemi kimi münaqişələrin həlli üzrə tövsiyələrini verməlidirlər.
Baxış sayı: 1 243
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

