Azərbaycan Gənclər Fondunun maliyyə vəsaiti çərçivəsində Laçın rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə fondun elan etdiyi XI qrant müsabiqənin qalibi olmuş "Heydər Əliyev və Azərbaycan" bilik olimpiadası layihəsinin Masazır qəsəbəsi Laçın rayon Çıraqlı kənt tam orta məktəbində növbəti tədbiri keçirildi. Layihə rəhbəri Elnur Həsənov layihənin əhəmiyyətindən və fondun gənclər üçün yaratdığı şəraitdən söz açdı.
Fondun elan etdiyi qrant layihələrindən hər bir gəncin öz ideyasını reallaşdıra biləcəyini bildirdi. Daha sonra məktəb direktoru İlham Çıraqov layihənin mənəvi önəmindən və Heydər Əliyevin zəngin mədəni irsindən söhbət açaraq şagirdlərə olimpiada çərçivəsində uğurlar arzuladı.
Sonra layihənin eksperti Əjdər Hümbətov layihənin məqsədini və imtahanın qaydalarını şagirdlərə izah etdi. Qeyd edək ki, layihə çərçivəsində şagirdlərə 50 test sual təqdim olundu. Layihənin yekun mərhələsi həmin ünvanda 16.03.2019 -cu il saat 12:00-da keçiriləcək. İştirakçılara sertifikat, qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq.
Fact-info.az
Baxış sayı: 1 406
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

