Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan Diaspor TV vasitəsilə müxtəlif ölkələrdən “Xocalıya ədalət!” səsləndirilib. Belə ki, Diaspor TV-nin təşəbbüsü ilə dünyanın onlarla ölkəsindən xaricilər “Xocalıya ədalət!” istəyiblər. Soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, “Xocalıya ədalət!” deyiblər.
Videomüsahibədə müxtəlif yaş kateqoriyasından insanlar iştirak ediblər. Onlar “Xocalıda soyqırımı olduğuna inanıram və Xocalıya ədalət istəyirəm” deyiblər. Müsahibələrin alınmasında xaricdə yaşayan azərbaycanlılar xüsusi fəallıq nümayiş etdiriblər. Videomüsahibələrlə Dövlət Komitəsinin rəsmi “Youtube” kanalında tanış olmaq mümkündür. Eyni zamanda, müsahibələr Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” proqramında da nümayiş etdiriləcək. Proqram fevralın 25-dən 26-na keçən gecə saat 00.10-da yayımlanacaq.
Baxış sayı: 1 371
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

