Ermənistanda hakimiyyəti ələ keçirən Nikol Paşinyan öz fəaliyyəti ilə məqsədyönlü şəkildə və "naməlum qüvvələr"in diktəsi ilə təkcə Ermənistan-Rusiya münasibətlərini deyil, respublikanın təhlükəsizliyini və dövlətçiliyi də zərbə altına qoyur. Trend-in məlumatına görə, bunu Ermənistan parlamentinin sabiq deputatı, "Konstitusiya hüququ" Birliyinin sədri Ayk Babuhanyan deyib. O bildirib ki, "narıncı" çevrilişdən sonra hakimiyyətə həm şüurlu, həm də şüursuz səviyyədə anti-Rusiya mövqeli insanlar gəlib: "Bu gün həmin insanlar hakimiyyətdədir və biz bunun ilk nəticəsini görürük. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüfuzuna və işinə zərbə vurulduğunu, həmçinin Qazaxıstan və Belarusla münasibətlərdə enişi görürük. Düşünürəm ki, bütün bunlar bu münasibətlərə, təşkilatın özünə zərər vurmaq məqsədi güdür". Ekspert qeyd edib ki, N.Paşinyanın hakimiyyətdə olduğu dövrdə iqtisadi əlaqələr də zərər görüb: "Aydındır ki, bu insanlar ölkəyə, xalqa görə məsuliyyət daşımağa hazır deyillər". A.Babuhanyan vurğulayıb ki, N.Paşinyanın bəyanatları boş sözlərdən ibarətdir və heç bir əsası yoxdur.
Baxış sayı: 1 264
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

