FACT-INFO.AZ » XƏBƏR » Əqli Mülkiyyət Agentliyinin bu il qarşısında duran vəzifələr açıqlandı
12-02-2019, 09:10 | XƏBƏR
Əqli Mülkiyyət Agentliyinin bu il qarşısında duran vəzifələr açıqlandı

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, innovasiyalı inkişafa yol açan Azərbaycan "Doing Business 2019" Qlobal reytinqinə əsasən, 190 ölkə arasında 25-ci yeri tutur. O, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş verdiyini deyib. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi böyük işlər nəticəsində Azərbaycanın daha da yeniləşərək dördüncü sənaye inqilabının fəal iştirakçısı olması, ölkədə sosial-iqtisadi islahatların reallaşdırılıb. İnnovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Kamran İmanov qeyd edib ki, sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinə verilib və onun tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb, yeni nizamnamələri təsdiq edilib. Nəticədə əqli mülkiyyət sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılıb. Bu strukturun tərkib hissələri Əqli Mülkiyyət Agentliyi başda olmaqla zamanın çağırışlarına uyğun olaraq səmərəliliyin artırılması məqsədilə Respublika Elmi-texniki Kitabxanası istisna olmaqla, publik hüquqi şəxs qismində çıxış edir.

İnstitusional islahat nəticəsində strukturda çalışan dövlət qulluqçularının sayı 43 nəfər azaldılaraq, il ərzində 1 milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək imkanı yaradılıb, dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərin əməyi maliyyələşdirilərək, Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.

Qeyd edilib ki, agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmini, rəqəmli hüquqların idarə edilməsi və kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə olunması və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin olunmasıdır. Vurğulanıb ki, ərazisi azalmış, müxtəlif əlverişsiz yerlərə səpələnmiş, fondlarının müəyyən hissəsi itirilmiş və yarasız vəziyyətə salınmış, nəticədə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etmək, cəsarətlə keçirilən tədbirlərə dəstək olmaq, elmi-tədqiqat nəticələrindən kommersiyalaşma potensialı olan texnologiyaları seçmək və tətbiq etməkdir. Diqqətə çatdırılıb ki, əqli mülkiyyəti investisiyaların cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevirmək, özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amilləri sırasında yerini tutmaq vacib məsələlərdir. Təsadüfi deyil ki, yaşadığımız texnologiyaların sıçrayış dövründə və innovasiyaların "rəqəmsal imperativ" zamanında innovativ inkişaf tədqiqatların nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir. Odur ki, tanınmış mütəxəssislərin fikrinə əsasən, "gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diqtə ediləcəyi və onu idarə etməsi qaçılmazdır". Bununla da, texnologiyaların əqli mülkiyyətin mövcud landşaftına köklü təsiri və öz növbəsində əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması vurğulanmalıdır. Sənaye mülkiyyəti ilə bağlı olan patent təşkilatı yalnız öz maraqları ilə kifayətlənməməli, fəaliyyətinin təhlilini özünə aid göstəricilər əsasında qurmamalı, ixtira və patent aktivliyini innovasiyalı proseslərə təsiri ilə ölçməlidir və onun fəaliyyəti bu istiqamətə yönəldilir.

Daha sonra bildirilib ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini təkmilləşdirərək, real iqtisadiyyatda mütləq dövlət yardımına söykənməyən avtonom, müstəqil hərəkətverici qüvvələrin oyadılmasına diqqət yetirilməlidir. Belə ki, həmin qüvvələr real iqtisadiyyatı innovasiya tipli iqtisadiyyata çevirməyə qadir ola bilsin. Bu səbəbdən ixtira fəaliyyəti elə stimullaşdırılmalıdır ki, yaradılan biliklərin real satılan məhsullara çevrilməsi təmin edilsin. İnnovativ iqtisadiyyatda innovasiyalar istehsalatın mühüm amili kimi əsas iqtisadi resursa – intellektual kapitala söykənir və varlığın, zənginliyin yaranma mənbəyi, texnoloji, intellektual və informasiya rentasından irəli gəlir. Bu amillərə Əqli Mülkiyyət Agentliyi öz payına düşən töhfələri verməyə çalışır. Vurğulanıb ki, 2018-ci il Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətliliyi İndeksinə əsasən, "Təsisatlar" altindeksində "Əqli mülkiyyət hüquqlarının qorunması" göstəricisi üzrə Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında liderdir. Bununla belə, irəliyə baxaraq, ehtiyatlarımızı istifadə etməliyik. Belə ki, Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik reytinqində "Patent ərizələri" və "Əmtəə nişanlarına ərizələr" göstəricilərinə görə Azərbaycan müvafiq olaraq, 87-ci və 101-ci yeri tutub. Azərbaycan Prezidentinin müvafiq fərmanlarına əsasən yeni yaradılmış Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.

ÜƏMT-nin baş direktoru Frensis Qarrinin 2018-ci il iyunun 4-6-da Azərbaycana rəsmi səfər proqramı çərçivəsində "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi" mövzusunda beynəlxalq konfrans və "Qeyri–maddi aktivlər və qlobal dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?" mövzusunda regional seminar keçirilib, universitet və elmi-tədqiqat institutlarında yaradılmış startapların nailiyyətlərini nümayiş etdirən sərgi təşkil edilib. Həmin sərgidə 21 startap-layihə nümayiş etdirilib, onların 16-sı yerli universiteti, 2-si özəl şirkəti, 3-ü AMEA-nı (Yüksək Texnologiyalar Parkı) təmsil edib.

2018-ci il dekabrın 18-də ÜƏMT-in Cenevrədəki mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ÜƏMT və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı" mövzusunda beynəlxalq konfrans, Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan sərginin təşkil olunub. Həmin beynəlxalq tədbirin xüsusi əhəmiyyəti yeniləşən islahatçı ölkə – Azərbaycanın müasir simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə nümayiş etdirməsindədir.

Qeyd edilib ki, dövlətimizin başçısının vergi islahatları çərçivəsində startaplar, mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni üfüqlər açılır. Belə ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan fiziki şəxslər "startap" şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirdən 3 il müddətinə gəlir vergisindən azaddırlar, hüquqi şəxs kimi fəaliyyət göstərən həmin subyektlər 3 il müddətinə əldə etdikləri mənfəət vergisindən azad olunurlar.(Trend)




Baxış sayı: 1 360
Dahi şairimiz haqqında ikicildlik kitab təqdim edilib Dünən, 20:30 Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib Dünən, 20:00 IX "Muğam” Televiziya Müsabiqəsi başlayır Dünən, 19:30 Azərbaycan XİN: Fransa tərəfindən ölkəmizə qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik Dünən, 19:00 Foreign Ministry: We reject baseless claims of Armenian Foreign Ministry regarding trial of persons accused of war crimes in Azerbaijan Dünən, 17:30 Sumqayıt hadisələrini Ermənistan təhrif edir Dünən, 12:30 Orban: Ukrayna-Rusiya münaqişəsində sülh artıq əlçatandır Dünən, 12:00 Azərbaycan-Pakistan münasibətləri yeni inkişaf mərhələsində Dünən, 11:30 Azərbaycanın COP29 Sədrliyinin “İqlim və Sülh” gündəliyinin icrasına başlanılıb Dünən, 11:30 XİN: Ermənistanın Sumqayıt hadisələri ilə bağlı bəyanatında ölkəmizə qarşı tarixi faktlar saxtalaşdırılıb Dünən, 09:30 Starmer: Avropa Ukrayna nizamlanmasında tam şəkildə iştirak etməlidir Dünən, 09:30 Xarici işlər nazirinin müavini ABŞ-nin BDAK nümayəndə heyəti ilə görüşüb 27-02-2025, 20:00 Əcnəbi media İrəvanda dağıdılmış Təpəbaşı məscidindən yazıb 27-02-2025, 20:00 Azərbaycan Prezidenti İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər 27-02-2025, 20:00 “Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib 27-02-2025, 13:30 Zəngilan rayonunda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir 27-02-2025, 13:30 USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq 27-02-2025, 10:30 İƏT Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb 27-02-2025, 10:00 İçərişəhərdə tanınmış fotoqraf Reza Deqatinin “Xocalı - yaralı ruhlar” adlı sərgisi açılıb 27-02-2025, 10:00 ABŞ-ın Virciniya ştatında Xocalı həftəsi keçirilib 27-02-2025, 09:00 Zelenski: Ukrayna ABŞ ilə müqavilədə 10 sent borcun olmasına belə razı deyil 27-02-2025, 08:00 Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib 26-02-2025, 18:30 Türkiyə Orta Dəhlizin əsasını təşkil edən BTQ dəmir yolunun tam gücü ilə işləməsinə əhəmiyyət verir - Hakan Fidan 26-02-2025, 18:30 Deputat: Azərbaycan neomüstəmləkəçiliyin heç bir halı ilə barışmır 26-02-2025, 17:00 Xocalı: Xalqımızın qan yaddaşı 26-02-2025, 12:00 “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub 26-02-2025, 12:00 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər 26-02-2025, 11:00 Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib 26-02-2025, 10:00 "Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik" - Pakistan səfiri 26-02-2025, 10:00 Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb 26-02-2025, 09:00
Köşə yazarları
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31