"Report" xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
O bildirib ki, Azərbaycan istehsalı olan filmlərin 2015-ci ildə təmsil olunduğu beynəlxalq festivallar və qazandığı mükafatlar haqda dekabrın sonunda mətbuata məlumat veriləcək. M.Hətəmov qeyd edib ki, "Azərbaycanfilm" 2016-cı ildə isə tarixi mövzuda beş film çəkməyi planlaşdırır.
Fransanın tanınmış kinoşirkətlərinin biri ilə ortaq film layihələrinin olacağını deyən M.Hətəmov Türkiyədən Bakıya gələn tanınmış rejissor Osman Sınavla müştərək film çəkmək niyyətlərinin də olduğunu bildirib:
"Bu yaxınlarda Rusiya ilə birlikdə ortaq film layihəmiz oldu. "Qırmızı bağ" adlanan filmin çəkilişləri, montaj və səslənmə prosesi bitib.
2016-cı ildə filmin təqdimatını etmək fikrindəyik. İşlərimiz çoxdur. Mətbuat nümayəndələrindən tək xahişim budur ki, bizi tənqid edəndə qərəzli olmayın. Bizi hər gün tənqid edin, amma qərəzli tənqiddən çəkinin".
Baxış sayı: 2 161
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

