FACT-INFO.AZ » CƏMİYYƏT » Böyük alim, nəcib xanım Zərifə Əliyevanın 95 illik yubleyi
28-04-2018, 00:25 | CƏMİYYƏT
Böyük alim, nəcib xanım Zərifə Əliyevanın 95 illik yubleyi

28 aprel böyük alim, böyük xanım, Zərifə Əliyevanın 95 illik yubleyi tamam olur. Bakı Slavyan Universitetində yazıçı Natəvan Dəmirçioğlunun “Azərbaycan xanımlıq tariximizdə Zərifə Əliyeva obrazı” adlı məruzəsi böyük maraqla və alqışlarla qarşılandı. Məruzəçi qonaq Universitetin müəllim və tələbə kollektivinə Azərbaycan xanımlarının adları sırasında Zərifə xanımın müstəsna mövqeyindən danışdı və layiqli övladlar tərbiyə etməsini bir məktəb, bir örnək kimi gənc nəslə nümunə göstərdi.

26 aprel 2018- ci il tarixində Bakı Slavyan Universitetinin Konfrans zalında Əməkdar Elm Xadimi, görkəmli aftalmoloq alim, tibb elmləri doktoru, AMEA-nın akademiki Zərifə Əziz qızı Əliyevanın 95 illik yubleyinə həsr edilmiş “Müqəddəs Ana, ideal Azərbaycan xanımı” adlı tədbir keçirildi. Tədbirdə Zərifə Əliyevanın həyatının unudulmaz anlarını əks etdirən videoçarx nümayiş olundu. Tədbirin qonağı Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, BDU- nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Natəvan Dəmirçioğlu “Azərbaycan xanımlıq tariximizdə Zərifə Əliyeva obrazı” adlı məruzə etdi. Pedaqoji fakültənin dekanı, Universitet üzrə YAP-ın sədri, müəllimlər, tələbələr tədbirdə fikirlərini bölüşdülər, ana və qadın haqqında şerlər səsləndirildi. Natəvan Dəmirçioğlu məruzəsində “Aprel ayı Zərifə xanımın ayıdır. 28 apreldə dünyaya gəlib, 15 apreldə dünyadan köçüb. 62 il aprel ayı orbitində dolaşan ömür çox böyük işlər görüb. Həkim kimi, alim kimi, pedaqoq kimi, ictimai xadim kimi və nəhayət, ən sonuncu, əslində isə ən birinci qadın kimi, ana kimi. Zərifə Əliyeva Azərbaycan xanımlıq tarixində qeyri –adi bir xanım ömür yaşayan şəxsiyyətdir” deyə vurğuladı. Faktlarla və məntiqi əsaslarla müəllim və tələbə kollektivini Zərifə Əliyevanın ANA dünyası ilə daha yaxından tanış etdi. “Bir var toplum, bir var millət, bir var xalq, bir var etnos ...bunlar sinonim sözlər olsalar da, hər birinin spesifik mahiyyəti və tərifi var. Toplumu millətə çevirən əsas amillər: dildir, dindir, mənəvi dəyərlər sistemidir, tarixi yaddaşdır. Milləti xalqa çevirən mənəvi dəyərlər sisteminin özgürlüyü və mübarizə tarixidir. Etnos isə folkloru, milli mətbəxi, öznəməxsus geyim mədəniyyəti və məişəti olan aborogen əhalidir. Bunları nədən xatırlayırıq. Ailə şəcərəsi, ailə qanunları, ailə insitutu bu bağda əsas halqalardan birdir” deyən natiq əsas diqqəti Zərifə Əliyevanın analıq keyfiyyətinin üzərinə gətirərək, Onun timsalında nümunəvi ailə modelindən danışdı, akademik Zərifə Əliyeva həyatını tələbə qızlara örnək göstərdi. Daha sonra məruzəçi dedi: “Sözümüzün əvvəlində eyd etdik ki, aprel ayı Zərifə xanımın ayıdır. Məhz 1995-ci il 28 aprel günündə Azərbaycanın ümummilli lideri, xalqın Ulu Öndəri, Zərifə xanımın isə sevgilisi, həyat yoldaşı, övladlarının atası, nəvələrinin babası Heydər Əliyev Zərifə xanım haqqında tarixi sözlərini dedi: ”Həyatımın bütün dövrlərində dölət işi ilə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yeriə yetirib.”- fikrini stat gətirən məruzəçi Natəvan xanım çıxışını 11 aprel Prezident seçkilərinə diqqəti çəkərək yekunlaşdırdı.

O dedi: ” Sizin də iştirakçısı olduğunuz 11 aprel 2018 –ci il Prezident seçkiləri adi, sıradan bir seçki deyildi. Burada əldə olunan qələbə heç də 8 namizəd arasında gedən mübarizənin uğuru kimi yadda qalmadı. Bu seçkidə cənab İlham Əliyevin qələbəsi Azərbaycana qarşı yonəlmiş güclərin üzərində, ölkəmizdə xaos yaratmaq istəyən qüvvələrin cəhdləri üzərində qələbə idi. Seçkilər ərəfəsində Avropadan təşkil edilən, okianın o tayından idarə olunan söyüş kompaniyasının qarşısında cənab İlham Əliyev hansı yolu seçdi, qarşılıqlı söyüş yolunumu? Xeyr. O sivil, demokratik qaydada seçkiyə getdi, qalib gəldi və qalibiyyətini həmin gün,“Exit-poll”un ilkin nəticələri elan edilərkən xalqı ilə birlikdə Heydər Əliyev Mərkəzinin qarşısında bayram etdi. Məhz Zərifə Əliyevanın illər öncə verdiyi tərbiyə bu məqamda da aydın şəkildə özünü göstərdi. Onun oğlu Azərbaycan Prezidenti cənab İlham Əliyev ailədən gələn, şəxsiyyətdə formalaşan xarizmasını dünyanın gözü qarşısında sərgilədi”.

Məruzənin sonunda tanınmış yazıçı, əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunan Natəvan Dəmirçioğlu Universitet rəhbərliyinə, eyni zamanda İbtidai təhsil kafedrasının müdiri f.ü.f. d. Aytəkin Axundovaya, Pedaqogika və psixologiya kafedralarının müdiri dosent Sevinc Axundovaya və Universitetin müəllimi, f.ü.f.d. Şükufə Ağakişiyevaya tədbirin təşkili və dəvət üçün öz təşəkkürünü bildirdi.




Baxış sayı: 2 367
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30