Qafqazda və ümumi qlobal məsələlərdə Azərbaycanın rolu çox vacibdir.
Bu sözləri jurnalistlərə açıqlamasında Yaponiya Hitotsubaşi Universitetinin professoru Maiko İçihara deyib.
O, qeyd edib ki, Qafqaz regionu mövcud geosiyasi reallıqlar fonunda böyük əhəmiyyət daşıyır və dünyanın aparıcı güc mərkəzlərinin diqqətindədir. Azərbaycan isə bu regionun vacib dövlətlərindən biridir.
“Azərbaycanın malik olduğu enerji resursları ölkəyə beynəlxalq münasibətlər sistemində müəyyən təsir imkanları yaradır. Eyni zamanda, ölkənin strateji coğrafi mövqeyi və ətraf regionlarda baş verən proseslər onun əhəmiyyətini daha da artırır”, - deyə professor bildirib.
Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərin hazırkı vəziyyətinə də toxunan Maiko İçihara iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin mümkün olduğunu bildirib. Onun fikrincə, Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır və bu ölkə ilə münasibətlərə daha çox diqqət yetirilməlidir.
Baxış sayı: 65
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
