Macarıstanda kommunist dövrünün xüsusi xidmət orqanlarına aid sənədlər noyabrın 4-də ictimaiyyətə açıqlanacaq.
Fact-info.az xəbər verir ki, bu barədə Baş nazir Peter Magyar “Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, sənədlərin açıqlanması hakim “Tisza” Partiyasının əsas vədlərindən birinin yerinə yetirilməsidir.
Həmin gün fəaliyyətə başlayacaq nyitottaktak.hu saytı vasitəsilə istifadəçilər keçmiş dövlət təhlükəsizlik orqanlarının agent dosyelərinə baxa və onları yükləyə biləcəklər.
Qeyd edək ki, Macarıstan parlamenti sentyabr ayında arxiv sənədlərinə ictimai çıxışın genişləndirilməsini nəzərdə tutan qanunu qəbul edib. Yeni qaydalara əsasən, izlənilən şəxslər haqqında məlumat toplamış agentlərin və dövlət təhlükəsizlik orqanlarının əməkdaşlarının kimliyini öyrənmək mümkün olacaq.
Sənədlərin açıqlanması 1956-cı il Macarıstan inqilabının sovet qoşunları tərəfindən yatırılmasının ildönümünə təsadüf edir.
Baxış sayı: 85
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
