FACT-INFO.AZ » MEDİA » Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
Dünən, 18:00 | MEDİA
Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən "Rəqəmsal Media Ayı" çərçivəsində tədbirlərə başlanılıb.

Şuradan bildirilib ki, təşəbbüsün əsas məqsədi cəmiyyətdə media savadlılığının artırılması, müasir informasiya mühitinə dair bilik və bacarıqların təkmilləşdirilməsi, etibarlı məzmun yaradılmasının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişafına dəstək göstərilməsidir. "Rəqəmsal Media Ayı" yeni texnologiyaların yaratdığı imkanlar barədə məlumatlılığın artırılmasına, bu imkanlardan səmərəli istifadəyə və rəqəmsal platformalarda təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə də xidmət edir.

Təşəbbüs çərçivəsində təşkil olunan təlim proqramının ilk günü rəqəmsal media trendləri, platforma alqoritmləri, şəxsi brendin formalaşdırılması və auditoriya ilə qarşılıqlı əlaqənin qurulması mövzularına həsr olunub.

Rəqəmsal marketinq və süni intellekt üzrə mütəxəssis Cəfər Nəcəfov "Rəqəmsal media trendləri və platforma alqoritmləri" mövzusunda çıxış edərək rəqəmsal platformaların fəaliyyət prinsipləri, alqoritmlərin məzmunun yayılmasına təsiri və müasir informasiya mühitində formalaşan yeni tendensiyalar barədə məlumat verib.

Kontent yaradıcısı Pərviz Sadıqov isə "Şəxsi brend və auditoriya ilə qarşılıqlı əlaqə: rəqəmsal kontent strategiyaları" mövzusunda təqdimatla çıxış edib. O, şəxsi brendin inkişaf etdirilməsi, hədəf auditoriyanın müəyyənləşdirilməsi, sosial media üçün effektiv məzmun strategiyalarının hazırlanması və auditoriya ilə davamlı kommunikasiyanın qurulması məsələlərindən bəhs edib.

Təlim proqramı mövzular ətrafında müzakirələr və sual-cavab sessiyaları ilə davam edib.

Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.




Baxış sayı: 80
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30