Vaşinqton administrasiyası kütləvi qırğın silahlarının (KQS) yayılmaması haqqında daxili qanunvericiliyin pozulduğu iddiası ilə Rusiya Müdafiə Nazirliyinin strukturlarına və fiziki şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər görüb.
Fact-info.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Federal Reyestrdə dərc olunan bildirişinə əsasən, sanksiyalar siyahısına Rusiya Quru Qoşunları, Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsi, Qabaqcıl Xidmətlərarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsi, eləcə də digər qurumlar və şirkətlər daxildir. Siyahıda həmçinin bir sıra fiziki şəxslərin də adı var.
İran, Şimali Koreya və Suriya ilə bağlı tətbiq edilən məhdudiyyətlər ABŞ-ın federal agentliklərinə həmin qurum və şəxslərdən mal, texnologiya və xidmət almağı, eləcə də onlara hər hansı dəstək göstərməyi qadağan edir. İki il müddətinə qüvvədə olan sanksiyalar çərçivəsində hərbi məhsulların tədarükü və lisenziyalaşdırılması da dayandırılıb.
Baxış sayı: 195
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
