FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan - Qırğızıstan müttəfiqliyi güclənir
3-08-2026, 17:30 | SİYASƏT
Azərbaycan - Qırğızıstan müttəfiqliyi güclənir

Prezident cənab İlham Əliyevin xarici siyasətinin əsas prioritetlərindən birini Mərkəzi Asiya dövlətləri ilə sıx siyasi, iqtisadi əlaqələrin qurulması təşkil edir.

2003-cü ildən ölkə başçımızın 16 dəfə Mərkəzi Asiya ölkələrinə səfər etməsi, bu dövlətlərin prezidentlərinin də 26 dəfə Azərbaycana səfər etmələri ölkələrimiz arasında dostluq əlaqələrinin yüksək səviyyəsindən xəbər verir. Ötən il Özbəkistanda Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın bu təşkilata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir.

Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya dövləti olan Qırğızıstana budəfəki səfəri çərçivəsində imzalanan sənədlər dövlətlərimiz arasında iqtisadi-siyasi əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğızıstan Prezidenti cənab Sadır Japarov tərəfindən imzalanmış strateji tərəfdaşlıq Bəyanatının qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyanat iki dövlət arasında dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasından xəbər verir və gələcəkdə də bu siyasi kursun daha da dərinləşəcəyinin ifadəsidir. Azərbaycanla Qırğızıstan arasında bu qardaşlıq münasibətləri ikitərəfli əməkdaşlıqla yanaşı, Türk dünyasının inteqrasiyasına xidmət edir.

Ölkə başçımızın Qırğızıstana səfəri çərçivəsində Azərbaycanla Qırğızıstan arasında iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, kənd təsərrüfatı, humanitar, energetika sahələrində sıx əməkdaşlıq əlaqələrinin qurulmasına dair olduqca mühüm sənədlər imzalandı. Azərbaycan- Qırğızıstan İnvestisiya Fondunun kapitalının 100 milyon ABŞ dollarından 200 milyon dollara çatdırılması iqtisadi əlaqələrimizin gələcəkdə yüksək templə inkişafına xidmət edəcək.

İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin inşa etdiyi 5 ulduzlu "Baku Resort & SPA" oteli, Qırğızıstan dövlətinin Ağdamda tikdirdiyi "Manas" adına məktəb dostluğumuzun, qardaşlığımızın simvolu kimi hesab olunur. Eləcə də, Çingiz Aytmatovun Bakıda abidəsinin açılışı, Bişkekdə Azərbaycan - Qırğızıstan Dostluq Parkının yaradılması, həmçinin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi eyni soy-kökə, ortaq tarixə, mədəniyyətə mənsub olan xalqlarımızın bir-birinə bağlantısını daha da artıracaq.

Prezident cənab İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli "Manas" ordeni, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" orderi ilə təltif olunması dövlətlərimiz, xalqlarımızla yanaşı, hər iki dövlət liderlərinin dostluğundan, yüksək etimadından xəbər verir. Azərbaycan Qırğızıstanla yanaşı, digər Mərkəzi Asiya dövlətlərinin də Avropa ilə əlaqələrinin yaranmasında körpü rolunu oynayır. Xüsusilə Azərbaycanın reallaşdırdığı Trans-Xəzər nəqliyyat-logistika marşrutu və Orta Dəhlizin Mərkəzi Asiya dövlətlərinin Avropa dövlətləri ilə iqtisadi-siyasi əlaqələrində rolu olduqca əhəmiyyətlidir. Prezident cənab İlham Əliyevin Qırğızıstana bu səfəri Türk dünyası dövlətləri və xalqları arasında dostluq münasibətlərinin əbədi olacağına böyük töhfə verəcək.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor




Baxış sayı: 130
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30