Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev rayon ərazisində yerləşən qəbiristanlıqlara baxış keçiriblər.
Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, işğal dövründə vandalizmə məruz qalmış və dağıdılmış qəbiristanlıqların mövcud vəziyyəti nəzərdən keçirilib, bu ərazilərdə görüləcək quruculuq və abadlıq işləri, tarixi-mədəni irs nümunələrinin qorunması, gələcək nəsillərə çatdırılması istiqamətində planlaşdırılan tədbirlər müzakirə edilib.
Qeyd olunub ki, bu məkanlar xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və mədəni irsinin mühüm daşıyıcılarıdır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə qəbiristanlıqların bərpası, mühafizəsi və dövlət reyestrinin aparılması xüsusi əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində Kəlbəcər rayon sakinləri ilə də görüş keçirilib. Görüşdə rayonun tarixi-mədəni və dini irsinin, o cümlədən qəbiristanlıqların bərpası, abadlaşdırılması və gələcəkdə sistemli şəkildə idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, vətəndaşların rəy və təklifləri dinlənilib.
Baxış sayı: 85
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
