“Gilavar Foto Klubu” İctimai Birliyinin istehsalı olan qısametrajlı sənədli film beynəlxalq uğuruna imza atıb. Mina qurbanına həsr edilmiş “Addım” (“Step”) filmi Hindistanda keçiriləcək “Dreamz Catcher” Beynəlxalq Film Festivalı tərəfindən rəsmi seçimə layiq görülərək sənədli filmlər kateqoriyasında nümayiş proqramına daxil edilib.
Fact-info.az xəbər verir ki, sənədli filmin qəhrəmanı mina partlayışı nəticəsində ağır xəsarət alan Həsənəli Əlizadədir. Ekran əsəri onun həyat hekayəsini, mina faciəsinin insan taleyində buraxdığı dərin izləri və müharibədən sonrakı dövrdə mina təhlükəsinin yaratdığı humanitar problemləri tamaşaçıya çatdırır.
Qeyd edək ki, “Addım” (“Step”) filmi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Gilavar Foto Klubu” İctimai Birliyinin sifarişi əsasında “Today Media and Documentary” tərəfindən istehsal olunub.
Baxış sayı: 100
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
