FACT-INFO.AZ » SİYASƏT » Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı olub
3-08-2026, 09:00 | SİYASƏT
Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı olub

Diasporla İş üzrə Dövlət Komitəsi qlobal diaspor tarixində yeni əməkdaşlıq modelini formalaşdıran və beynəlxalq əhəmiyyət kəsb edən unikal layihə – Diaspor Gənclərinin Yay Düşərgələri layihəsini uğurla davam etdirir. Komitənin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi bu il avqustun 2-də Şərqi Zəngəzurun dilbər guşəsi olan Zəngilanda baş tutub.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Zəngilan rayonunda aparılan bərpa-quruculuq işlərindən, həmçinin dünya diaspor tarixində unikal layihə olan Diaspor Gənclərinin Yay Düşərgələrinin Azərbaycanda keçirilməsinin tarixindən bəhs edən qısa filmlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib: “Diaspor Gənclərinin Yay Düşərgələri dünya diaspor tarixinin unikal və nüfuzlu layihələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti bu mühüm layihənin davamlılığını şərtləndirir və sizin bu gün Qarabağda olmağınız əldə olunan çox mühüm nəticədir. Bundan sonra əsas hədəfimiz qlobal Azərbaycan icmasının birliyini yaratmaqdır. Siz bu birliyin ən fəal üzvləri olmalısınız”.

O, xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycan həqiqətlərinin təbliğində və ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı mübarizədə fəal rol oynamalı olduqlarını bildirərək deyib: "Azərbaycanın yerləşdiyi coğrafiya daim müxtəlif çağırışlarla üz-üzədir və bu səbəbdən gənclər ölkəyə qarşı yönələn təhdidlərə, yanlış məlumatlandırma cəhdlərinə qarşı hazır olmalıdırlar".

Fuad Muradov diaspor gənclərinin əsas vəzifələrindən birinin Azərbaycanın haqq səsini yaşadıqları ölkələrdə layiqincə çatdırmaq, ölkəmiz haqqında obyektiv məlumatların yayılmasına töhfə vermək olduğunu vurğulayıb.

Digər çıxış edənlər – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Milli Məclis sədrinin müavini Musa Qasımlı, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov diaspor gənclərini əhatə edən innovativ layihənin xaricdəki Azərbaycan icmalarının birliyinə, diasporun gəncləşməsinə verdiyi töhfələrdən danışıblar, düşərgənin artıq bir neçə ildir işğaldan azad olunmuş ərazilərdə keçirilməsinin əhəmiyyətinə diqqət çəkiblər.

Tədbir bədii proqramla davam edib.





Baxış sayı: 90
Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Bu gün, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Bu gün, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Bu gün, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Bu gün, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00 Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir 18-11-2026, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır 18-11-2026, 17:30 Nəğmələrdə yaşayan ömür 18-11-2026, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib 18-11-2026, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər 18-11-2026, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər 18-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30