FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dilin şairi, şairin dili
2-08-2026, 09:00 | MƏDƏNİYYƏT
Dilin şairi, şairin dili

Bəzən təqvim elə təsadüflər yaradır ki, onlar adi bir üst-üstə düşmə olmaqdan çıxır, rəmzə çevrilir. Xalq şairi Nəriman Həsənzadənin vəfat etdiyi günün – 1 Avqust, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə təsadüf etməsi də məhz belə bir rəmzi məna daşıyır. Bu xəbər təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, həm də ana dilimizin taleyinə ömrünü bağlayan bir nəslin vidasıdır.

Nəriman Həsənzadə Azərbaycan poeziyasında sözün məsuliyyətini daşıyan sənətkarlardan idi. Onun yaradıcılığı təkcə poetik duyğuların deyil, milli düşüncənin, tarixi yaddaşın və ana dilinə sevginin ifadəsidir. O, şeirlərində Azərbaycan dilinin bütün incəliklərini, zənginliyini və ahəngini qoruyub yaşatmağı bacarmış, sözün gücünü xalqın mənəvi sərvətinə çevirməyi bacarmışdı.

Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini yaşadan ən böyük dəyər olub. Nəriman Həsənzadə də bu dəyərin ən sədaqətli qoruyucularından biri idi. Onun misralarında dil sadəcə ünsiyyət vasitəsi deyil, Vətən sevgisinin, insan taleyinin və milli yaddaşın daşıyıcısı kimi təqdim olunurdu. Bu baxımdan, onun ömür yolunun son nöqtəsinin məhz Azərbaycan Dili Gününə təsadüf etməsi sanki taleyin yazdığı mənalı bir epiloqdur.

Şairlər fiziki olaraq dünyadan köçürlər, amma onların səsi yaşayır. Nəriman Həsənzadənin səsi isə kitablarında, şeirlərində, poemalarında və yetişdirdiyi oxucu nəslinin yaddaşında bundan sonra da yaşayacaq. Onun ömrü Azərbaycan sözünün xidmətində keçdi, son mənzilə yola salındığı gün isə Azərbaycan dilinin bayramı idi. Bu təsadüf, əslində, onun bütün həyatının qısa və dəqiq xülasəsidir.

Bu gün biz yalnız görkəmli bir şairlə deyil, sözün ləyaqətini qoruyan bir ziyalı ilə vidalaşırıq. Azərbaycan dili isə onun yazdıqları ilə bundan sonra da yaşayacaq, yeni nəsillərə ötürüləcək. Çünki həqiqi şairlər ömürlərini başa vururlar, amma sözləri zamanın yaddaşında əbədiyyət qazanır.

Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatına ağır itkidir. Lakin onun irsi göstərir ki, dilə və sözə xidmət edən sənətkarlar heç vaxt tam ayrılmırlar – onlar öz xalqının danışığında, oxusunda və düşüncəsində yaşamağa davam edirlər.

Allah rəhmət eləsin!

Tədqiqatçı Nuralı İsmayılov 




Baxış sayı: 170
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30