FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan dili: milli dəyərdən beynəlxalq mədəniyyət məkanına
1-08-2026, 10:30 | XƏBƏR
Azərbaycan dili: milli dəyərdən beynəlxalq mədəniyyət məkanına

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis olunan bu gün dövlət dilimizin keçdiyi inkişaf yoluna nəzər salmaq, onun müasir dövrdə qorunması və inkişafı istiqamətində görülən işləri dəyərləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Qazi Universitetinin tədqiqatçı-alimi, təhsilin idarə olunması üzrə fəlsəfə doktoru Şəhla Aslan söyləyib. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Azərbaycan dilinin ictimai, elmi, təhsil və informasiya məkanındakı mövqeyinin daha da möhkəmləndirilməsi bu siyasətin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı nəticəsində Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələri latın qrafikasında kütləvi tirajla nəşr olunub, kitabxanalar, məktəblər, ali təhsil müəssisələri və digər mədəniyyət ocaqları yeni nəşrlərlə təmin edilib.

Tədqiqatçı-alim vurğulayıb ki, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin prioritetlərindən biridir. “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasında ana dilimizin dövlət dili kimi qorunması, cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsi, Azərbaycan dilində elmi və bədii nəşrlərin sayının artırılması, rəqəmsal informasiya məkanında istifadəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, dil mədəniyyətinin yüksəldilməsi, gənc nəslin ana dilinə bağlılığının möhkəmləndirilməsi, eləcə də xaricdə Azərbaycan dilinin təbliğinin dəstəklənməsi mühüm hədəflər kimi müəyyən olunub.

“Müasir dövrdə qloballaşma, sosial şəbəkələrin geniş yayılması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı Azərbaycan dilinin istifadəsində yeni çağırışlar formalaşdırır. Xüsusilə gənclər arasında xarici mənşəli sözlərdən lüzumsuz istifadə, internet jarqonunun geniş yayılması və bəzi hallarda ədəbi dil normalarına tam əməl edilməməsi nitq mədəniyyətinə mənfi təsir göstərən amillər sırasındadır. Buna görə də ana dilimizin saflığının qorunması hər bir vətəndaşın, xüsusilə gənc nəslin üzərinə düşən mühüm məsuliyyətdir”, - deyə Şəhla Aslan vurğulayıb.

Tədqiqatçı-alim qeyd edib ki, Azərbaycan dili, eyni zamanda, böyük türk dilləri ailəsinin ayrılmaz tərkib hissəsidir: “Sevindirici haldır ki, Azərbaycan dilinin xarici ölkələrdə yaşadılması və öyrədilməsi istiqamətində Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi mühüm fəaliyyət həyata keçirir. Mərkəzin təşəbbüsü ilə Qazi Universitetində yaradılan “Azərbaycan Türkcəsi Tədris Ocağı” bu istiqamətdə həyata keçirilən əhəmiyyətli layihələrdən biridir. Tədris ocağında təşkil olunan Azərbaycan dili kurslarında Türkiyənin müxtəlif universitetlərindən, eləcə də fərqli ölkələrdən olan tələbələr, tədqiqatçılar və Azərbaycan dilinə maraq göstərənlər təhsil alırlar. Onlar yalnız dilimizi öyrənmir, həm də Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olurlar.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi bu layihə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında qarşıya qoyulan hədəflərin praktik təzahürlərindən biri kimi qiymətləndirilə bilər. Tədris ocağında təşkil olunan kitab təqdimatları, müzakirələr, ədəbi-bədii görüşlər Azərbaycan dilinin öyrənilməsinə marağı artırmaqla yanaşı, ölkəmizin zəngin mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Bu təşəbbüs Azərbaycan dilinin müxtəlif ölkələrdən olan gənclər və elm adamları tərəfindən də öyrənilməsinə şərait yaradır və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verir”.




Baxış sayı: 100
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30