FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub
4-06-2026, 19:00 | SİYASƏT / TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc kimi artan rolunu xarakterizə edən araşdırma dərc edilib.

 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidovun müəllifi olduğu araşdırmada Azərbaycanın regional və qlobal siyasətə təsirləri “orta güc” konsepsiyası çərçivəsində təhlil olunur.

Müəllif Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il mayın 25-də keçirilən müşavirədə səsləndirdiyi fikirlərə istinad edərək bildirib ki, dövlət başçısının bəyanatı Azərbaycanın orta güc kimi meydana çıxmasının faktiki və konseptual əsaslarının araşdırılmasının vacibliyini bir daha gündəmə gətirir.

Qeyd olunur ki, sözügedən mövzu BMTM-in fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Mərkəz tərəfindən bu istiqamətdə müxtəlif təhlillər hazırlanaraq ictimaiyyətə təqdim olunub. Həmçinin BMTM-in “Caucasus Strategic Perspectives” jurnalının 2024-cü il qış buraxılışı da məhz bu mövzuya həsr edilib.

Araşdırmada orta güc konsepsiyasına dair elmi-nəzəri yanaşmalar nəzərdən keçirilərək onun ümumiləşdirilmiş tərifi təqdim olunur. Bildirilir ki, ənənəvi yanaşmalarda orta güclər əsasən ərazi ölçüsü, əhali sayı, iqtisadi və hərbi imkanlar kimi maddi göstəricilər əsasında müəyyən edilirdisə, müasir yanaşmalarda beynəlxalq fəallıq, çoxtərəfli institutlarda iştirak, münaqişələrin həlli və mübahisələrin tənzimlənməsi proseslərində rol almaq, geostrateji mövqe və diplomatik nüfuz kimi amillərə daha çox önəm verilir.

Müəllif vurğulayır ki, Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu ölkənin bu kateqoriyaya aid edilməsini əsaslandıran mühüm göstəricilər formalaşdırıb.

Təhlildə qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar ölkənin regional liderlik imkanlarını daha da genişləndirib. Azərbaycanın sülh gündəliyinin təşviqi, Ermənistanla normallaşma prosesində iştirakı və regional əməkdaşlıq təşəbbüsləri ölkənin diplomatik nüfuzunun güclənməsinə xidmət edən əsas amillər kimi qiymətləndirilir. Sultan Zahidov bildirir ki, Azərbaycanın beynəlxalq dialoq və vasitəçilik platforması kimi çıxış etməsi onun orta güc xüsusiyyətlərini daha da möhkəmləndirir. Müxtəlif dövrlərdə NATO və Rusiya nümayəndələri arasında görüşlərə, eləcə də Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş təmaslara ev sahibliyi etməsi Azərbaycanın etibarlı və neytral tərəfdaş imicini gücləndirən mühüm amillər sırasındadır.

Araşdırmada vurğulanır ki, Azərbaycanın artan beynəlxalq fəallığı, çoxtərəfli diplomatiyada oynadığı rol, regional sabitliyin təmin olunmasına verdiyi töhfələr və qlobal əməkdaşlıq təşəbbüslərində iştirakı ölkənin orta güc statusunun daha da möhkəmlənməsinə şərait yaradır.




Baxış sayı: 145
Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30