FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “İRS-Naslediye” jurnalı
8-09-2015, 10:30 | TƏDQİQATLAR-ANALITIKA
“İRS-Naslediye” jurnalı

Jurnalın baş redaktoru Musa Mərcanlının “İyun ayında Bakı Avropanın idman paytaxtına çevrilib” sərlövhəli redaksiya məqaləsi Bakıda birinci Avropa Oyunlarına həsr edilib.

Baş redaktor yazır: “Regional miqyaslı yeni idman tədbirinin təməlini hamı tərəfindən qəbul edilmiş idman dövlətləri deyil, məhz hələ gənc dövlət olan Azərbaycan qoydu. Azərbaycan hamıya sübut etdi ki, ən nüfuzlu beynəlxalq yarışları başqalarından yaxşı təşkil etməyi bacarır”. Onun fikrincə, birinci Avropa Oyunları hər bir azərbaycanlının qüruruna çevrilib. Avropanın müxtəlif ölkələrindən Bakıya gəlib Azərbaycanın mədəniyyəti, musiqisi və mətbəxi ilə tanış olan qonaqlar mükəmməl təşkilatçılığa və mehribanlığa heyran qaldılar. Onlar bəlkə də əvvəllər çox qarışıq təsəvvürləri olan bir ölkədən unudulmaz təəssüratlarla evlərinə döndülər. Azərbaycanı tanıdılar. Bu da Azərbaycanın böyük qələbəsidir.

Azərbaycan tərəfinin qonaqpərvərliyindən, idmançılarımızın qələbələrindən də ətraflı söz açan müəllif yazır: “Azərbaycan iyun ayının bu 17 günü ərzində idmansevərlərin diqqət mərkəzində oldu. Özü də təkcə Avropanın deyil. Hamı inandı ki, Azərbaycan təkcə neft ölkəsi deyil, həm də yüksək mədəniyyəti, qonaqpərvərlik ənənələri olan bir ölkədir”.

Rusiyanın tanınmış jurnalisti Andrey Vasilyevin “On yeddi unudulmaz gün” məqaləsi də Avropanın idman həyatındakı bu parlaq hadisəyə həsr edilib. Rusiyalı jurnalist yazır: “Azərbaycan geniş əhatəli idman tədbirini parlaq şəkildə keçirməklə, təşkilatçılıq imkanlarını, iqtisadi potensialını, səmimiliyini və bütün sahələrdə beynəlxalq əməkdaşlığa hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Hər şey göz qabağında idi: Bakıya Avropa Oyunları ilə əlaqədar gələn turistlər Azərbaycan paytaxtını heyranlıqla tərk edirdilər. Bu şəhər təəccübləndirmiş, özünü sevdirmiş, vurğun etmişdi. Özü də bu, o dərəcədə təbii və üzvi surətdə baş vermişdi ki, hər hansı idman bayramında yaranan tamamilə təbii ani məftunluq hissi Bakının hər bir qonağında nəzərə çarpmadan bütün ömür boyu davam edən bir məhəbbətə çevrilmişdi. Axı, başqa cür ola da bilməzdi”.

A.Vasilyev məqalədə Bakıdan, birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərindən, Azərbaycan idmançılarının nailiyyətlərindən söz açaraq yazır: “Birinci Avropa Oyunlarını qəbul edən Azərbaycan paytaxtı minillik tarixi və böyük təəssürat doğuran bu günü olan bənzərsiz şəhərdir. Qədimliyin müasirliklə qonşu olduğu şəhər məhəllələri hazırda Avropada ən uzun və geniş dənizkənarı bulvarın dövrələdiyi Bakı buxtasının mavi sularından amfiteatr şəklində ucalır. Küçələr və prospektləri park və bağçalar əvəzləyir. Bakının muzey və kitabxanalarında Azərbaycanın və xarici mədəniyyətin sərvəti mühafizə olunur, onun teatrlarının və konsert salonlarının səhnələrində dünyanın ən tanınmış artistləri çıxış edir, rəsm qalereyalarında gözəl rəssam və heykəltəraşların əsərləri nümayiş etdirilir.

Müəllifin fikrincə, Bakıda idman bayramının başlıca yekunu heç də mükafatlar olmayıb. O, sonda yazır: “Bakıda birinci Avropa Oyunları idman tarixində ən parlaq hadisələrdən biri kimi yadda qalacaq. Bu on yeddi gün bütün dünyanın azarkeşləri və idmansevərləri üçün əsl bayram oldu. Gərgin mübarizə şəraitində keçən on yeddi gün və parlaq qələbələr. Odlar Yurdunda 17 unudulmaz gün”.

“Birinci terror müharibəsi: Rusiyadan baxış (millətlərarası erməni terrorizmi və 1988-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsi)”. Tarix elmləri namizədi Oleq Kuznetsovun “İRS-Naslediye” jurnalının oxucularına təqdim etdiyi məqalə belə adlanır. Məqalə müəllifi yazır: “Uzun müddət - ən azı bütün XX əsr ərzində milli dövlətçilik əldə etmək uğrunda mübarizəsində erməni xalqının etnoyaratma ideologiyası olan erməni terrorizminin və onunla sıx bağlı olan milli-dini ekstremizmin tarixi mövzusu əvvəllər heç vaxt Rusiya elmi cəmiyyətində araşdırma mövzusu olmayıb. Bununla belə, erməni terrorizmi təzahürü yüz ildən çox müddət ərzində real şəkildə mövcud olub və bəşəriyyətin sosial-siyasi tarixinin hər hansı digər təzahürü kimi elmi araşdırma obyekti ola bilər”.

O.Kuznetsovun fikrincə, Rusiyanın cinayət hüququ nöqteyi-nəzərindən 1988-1994-cü illər Qarabağ müharibəsi terrorçu müharibədir, çünki onun bütün məzmunu “terror yönümlü cinayətlərin” məcmusundan və ardıcıllığından ibarətdir. Rusiya Federasiyası Cinayət Məcəlləsində sadalanan terror yönümlü, demək olar ki, bütün cinayət növləri Dağlıq Qarabağ münaqişəsi dövründə bu və ya digər intensivlik və dövriliklə törədilib, qanunsuz silahlı birləşmənin təşkili, yaxud burada iştirak şəklində cinayətlər Dağlıq Qarabağın bütün ərazisinə yayılıb. Rusiyalı tədqiqatçı yazır: “Bu, bizə israrla isbat etməyə imkan verir ki, Dağlıq Qarabağ münaqişəsinin erməni tərəfi əsasən beynəlxalq terrorçuların qüvvələri ilə terror vasitələrindən və üsullarından istifadə etməklə, Azərbaycan Respublikasına qarşı vuruşub”. Oxucular jurnalın növbəti nömrəsində tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovanın “İkinci Dünya müharibəsi illərində Azərbaycan diviziyaları” məqaləsinin davamı, sənətşünaslıq doktoru Cəmil Həsənzadənin və sənətşünaslıq namizədi Ağasəlim Əfəndiyevin “Azərbaycanın təsviri sənətində qrotesk-satirik xəttin inkişafı” məqaləsi və s. yazılarla tanış ola bilərlər.

 

 




Baxış sayı: 2 596
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031