Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) 2025-ci ildə fəaliyyətini genişləndirərək 200 nəfərlik heyət və mərkəzdən məzun olan kadrlarla ölkədə kibertəhlükəsizlik sahəsində mühüm işlər həyata keçirib.
Fact-info.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov illik mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 50-dən çox dövlət və özəl qurumun 6800-dən çox əməkdaşı kibergigiyena və kibermaarifləndirmə təlimlərinə cəlb olunub.
“Eyni zamanda, “WorldSkills Şanxay 2026” yarışının seçmə mərhələsi tamamlanıb və 2026-cı ildən AKM-də hazırlıq proqramları başlayacaq. Bundan əlavə, 6 regiondan 280 şagird və 2 ali təhsil müəssisəsindən 100 tələbə kibermaarifləndirmə proqramlarına qatılıb. “Beyin Mərkəzi” layihəsi çərçivəsində AKM tərəfindən 4 universitetdə 7 fənnin tədrisinə başlanılıb. Bu tədbirlər Azərbaycan gənclərinin kibertəhlükəsizlik sahəsində peşəkarlıq səviyyəsinin yüksəldilməsi və ölkənin rəqəmsal təhlükəsizlik potensialının gücləndirilməsinə xidmət edir”, - deyə İRİA sədri vurğulayıb.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
