FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan Haaqada keçirilən beynəlxalq festivalda təmsil olunub
7-09-2025, 18:00 | XƏBƏR / MƏDƏNİYYƏT
Azərbaycan Haaqada keçirilən beynəlxalq festivalda təmsil olunub

Azərbaycanın Niderlanddakı səfirliyi Haaqa şəhər meriyası tərəfindən təşkil olunan və artıq ənənəyə çevrilmiş “Səfirlik festivalı”nda iştirak edib. Fact-info.az xəbər verir ki, Haaqanın mərkəzindəki tarixi “Lange Voorhout” meydanında "Bir gündə dünya səyahəti" devizi altında keçirilən tədbir dünya xalqlarının zəngin mədəni irsini bir araya gətirib.

Minlərlə insanın ziyarət etdiyi festivalda təxminən 60 ölkə milli pavilyonları ilə təmsil olunub.

Bu mədəniyyət platformasında qurulan Azərbaycan pavilyonu zənginliyi və rəngarəngliyi ilə tədbirin ən çox ziyarət edilən guşələrindən birinə çevrilib. Burada təqdim olunan Azərbaycanın tarixinə, mədəniyyətinə, turizm potensialına aid material və eksponatlar, xalçalar, milli geyimlər, eləcə də plov, dolma, kabab, qutab və milli şirniyyatlar ziyarətçilərin böyük marağına səbəb olub.

Haaqa şəhərinin meri Yan van Zanen Azərbaycan pavilyonuna baş çəkib. O, ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə ilə və digər soydaşlarımızla söhbətləşib, Azərbaycanın festivalda fəal iştirakı ilə bağlı məmnunluğunu ifadə edib, xalqımızın zəngin mədəni irsinə və qonaqpərvərlik ənənələrinə heyran qaldığını deyib.

Tədbir çərçivəsində təşkil olunan musiqi proqramında Avropada yaşayan həmvətənlərimizdən ibarət “Qafqaz” rəqs qrupu çıxış edib, Azərbaycanın milli rəqsləri təqdim olunub. Çıxışlar alqışlarla qarşılanıb. Çoxlu ziyarətçi Azərbaycanın milli rəqslərini, o cümlədən “Yallı”nı ifa edib.

Bu festival Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə uğurla tanıdılması baxımından önəmli addım olmaqla yanaşı, xalqımızın irsini, qonaqpərvərliyini və yaradıcı ruhunu bir daha nümayiş etdirib.




Baxış sayı: 140
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30