Regionda və qlobal arenadakı münaqişələr və gərginlik Türkiyədən Silahlı Qüvvələrini daim modernləşdirməyi və müdafiə qabiliyyətini dövrümüzün çağırışlarına uyğunlaşdırmağı tələb edir.
Fact-info.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər sentyabrın 5-də bildirib. Onun sözlərinə görə, milli təhlükəsizliklə bağlı risklərin artması şəraitində dövlətlər, o cümlədən hava hücumundan müdafiə və raketdən müdafiə sahəsində öz müdafiə potensialını artırmağa borcludurlar.
Eyni zamanda o, yerli texnologiyaları milli təhlükəsizliyin təmin edilməsində “müəyyənedici amil” adlandırıb və buna misal olaraq Türkiyənin “Polad günbəz” raketdən müdafiə proqramını göstərib.
“Türkiyə sərhədləri yaxınlığında baş verən münaqişələr sübut edir ki, havada hökmranlığı təmin etməyən bir ölkə döyüş meydanında uğuru qoruyub saxlaya bilməz”, - deyə nazir vurğulayıb və ordunu “çoxsaylı təhdidlərin qarşısını almaq üçün alət” adlandırıb.
Y.Gülər Türkiyə hərbçilərinin Liviyadan tutmuş Somaliyə qədər və Azərbaycandan tutmuş Kosovoya qədər geniş bir məkanda sülh və sabitliyə töhfə verdiyinə diqqət çəkib.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
