Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində anadan olub.
O, 1991-ci ildə Azərbaycana qarşı Ermənistan Silahlı qüvvələrinin hücumlarının şiddətləndiyi dövrdə F.Nəcəfov könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb və ilk döyüşə Goranboy rayonu ərazisində başlayıb. 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin bölük komandiri təyin edilib. O, Ağdamın Canyataq kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralansa da bir müddət hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb və 1992-ci il sentyabrın 4-də Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşdə düşməni ağır itkiyə məruz qoyaraq qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il Fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.
Ruhu şad olsun!
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
