İsrailin məşhur və nüfuzlu “The Jerusalem Post” jurnalında “Ermənistan ilə Azərbaycan arasında saziş və Zəngəzur dəhlizinin regional sülhdə rolu” adlı məqalə dərc olunub. Fact-info.az xəbər verir ki, məqalənin müəllifi İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik leytenantı, Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Mordexay Kedardır.
“Ermənistan ilə Azərbaycan arasında saziş və Zəngəzur dəhlizinin regional sülhdə rolu” sərlövhəli məqalədə TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) yolu sayəsində ABŞ-ın bölgədə geosiyasi tarazlığı dəyişə biləcək xüsusi nəqliyyat dəhlizinin inkişafı üçün 99 illik hüquq əldə etdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, TRIPP Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirən Zəngəzur dəhlizinin 32-43 kilometrlik hissəsini əhatə edir. Multimodal infrastruktur, o cümlədən dəmir yolu xətləri, neft və qaz kəmərləri, fiber-optik kabellər və yolları özündə birləşdirəcək TRIPP Rusiya və İranın təsirini balanslaşdıraraq Cənubi Qafqaza bir növ strateji dayağı təmin edir.
Məqalədə, həmçinin bildirilib ki, ATƏT-in Minsk qrupunun buraxılması ABŞ-ın vasitəçilik və infrastruktur siyasətində yeni rolunu vurğulayır və Amerika diplomatları sazişi regional sabitlik amili və iqtisadi artımın katalizatoru kimi görürlər.
Yazıda İranın öz sərhədləri yaxınlığında ABŞ-ın və ya NATO-nun potensial mövcudluğu ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək layihəyə qarşı çıxdığına diqqət çəkilib və bir sıra başqa vacib məqamlar vurğulanıb.
Məqaləni linkə keçid etməklə ətraflı oxumaq mümkündür.
Baxış sayı: 90
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
