FACT-INFO.AZ » XƏBƏR » Nazirlik: Ukraynada 200 mindən çox sakinin təxliyəyə ehtiyacı var
23-08-2025, 21:00 | XƏBƏR
Nazirlik: Ukraynada 200 mindən çox sakinin təxliyəyə ehtiyacı var

Dnepropetrovsk və Donetsk vilayətlərində 200 mindən çox sakinin təxliyəyə ehtiyacı var. Bunlar təhlükəli ərazilərdə yaşayan insanlardır. Fact-info.az Ukraynanın İcmaların və Ərazilərin İnkişaf Nazirliyinin “Facebook” sosial şəbəkəsində paylaşımına istinadla xəbər verir ki, bu il iyunun 1-dən avqustun 22-dək iki regiondan 64 mindən çox insan təxliyə edilib. Eyni zamanda, hələ də təxliyəyə ehtiyacı olanlar var və onların çoxu uşaqdır.

"Daha 237 min insanın təxliyəyə ehtiyacı var - bunlar təhlükəli ərazilərdə yaşamaqda davam edən insanlardır, onların təxminən 17 200-i uşaqlardır”, - deyə məlumatda qeyd olunur.

Məlumata görə, Pavloqradda (Dnepropetrovsk vilayəti) tranzit məntəqəsi təxliyə üçün əsas məntəqələrdəndir. Bundan əlavə, Lozovayada (Xarkov vilayəti) yeni məntəqə fəaliyyət göstərir və Volosskda (Dnepropetrovsk vilayəti) daha bir məntəqə işə başlayacaq. Lozovaya tranzit məntəqəsi 244 nəfəri qəbul edə bilər və fəaliyyət göstərdiyi üç gün ərzində burada artıq 224 vətəndaşa hərtərəfli yardım göstərilib.

İcmaların və ərazilərin inkişafı naziri Aleksey Kulebanın sözlərinə görə, bölgələrin hər birinin tərəfdaşı - qəbul edən bölgə var. Rovno, Kirovoqrad və Kiyev vilayətləri artıq təxliyə edilənləri qəbul edir. Vinnitsa və Poltava vilayətləri zərurət yarandığı halda, məcburi köçkünləri qəbul etməyə hazırlaşır.

“Biz tranzit məntəqələrinin işini yenidən formatlaşdıracağıq ki, onlar yalnız müvəqqəti funksiyanı yerinə yetirsinlər və insanlar 24 saat ərzində daha təhlükəsiz bölgələrə keçə bilsinlər”, - deyə Kuleba vurğulayıb.

İdarədən onu da əlavə ediblər ki, təxliyə qatarları fəaliyyətini davam etdirir. Avqustun 15-dən etibarən 430-dan çox insan Kiyev, Lvov və Rovnoya təxliyə edilib. Növbəti marşrutlar da nəzərdə tutulub və əlavə qatarlar ayrılıb.

Ukraynanın Sosial Siyasət, Ailə və Birlik Nazirliyi hərəkət imkanları məhdud 2 min nəfər üçün müvəqqəti yerləşdirmə məkanlarının təşkili üzərində işləyir. Bundan əlavə, tibbi yardıma ehtiyacı olan hərəkət qabiliyyəti məhdud şəxslərin ixtisaslaşdırılmış xəstəxanalara birbaşa daşınmasını təmin etmək lazımdır.




Baxış sayı: 100
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30