FACT-INFO.AZ » AKTUAL » Rafiq Bayramov: "Tam normal həyat tərzi və yaşayış şəraiti olan şəxslər də vərəmə yoluxa bilər"
24-03-2017, 22:50 | AKTUAL
Rafiq Bayramov: "Tam normal həyat tərzi və yaşayış şəraiti olan şəxslər də vərəmə yoluxa bilər"

24 mart - Beynəlxalq Vərəmlə Mübarizə Günüdür. Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramovun sözlərinə görə, vərəm – vərəm çöpləri tərəfindən törədilən xronik yoluxucu xəstəlikdir. Vərəm çöpləri 1882-ci il, martın 24-də alman alimi Robert Kox tərəfindən kəşf edilib. Vərəm haqqında olan tarixi məlumatların araşdırılması bu xəstəliyin yaşının bəşəriyyətin, canlıların yaşı ilə eyni olması qənaətinə gəlməyə əsas verir:

"Vərəmin törədicisinin, yəni vərəm çöplərinin 135 il, ona qarşı istifadə edilən ilk dərman preparatı olan streptomisinin isə 73 ildir ki, kəşf olunmasına baxmayaraq bu xəstəlik tarix boyu epidemiya halını alaraq çoxsaylı insan tələfatına səbəb olub. Son illər bütün dünyada olduğu kimi, bizdə də vərəmin epidemioloji göstəricilərində müəyyən müsbət dinamika olmasına baxmayaraq, hal-hazırda da bütün dünyada vərəm xəstəliyi qlobal problem olaraq qalmaqdadır. Xüsusilə, son illər dünyada  dərmanlara dözümlü vərəmlə yoluxma, xəstələnmə halları daha çox rast gəlinir. Vərəm xəstəliyi ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlsə də orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür. Belə ki, sümük-oynaq sisteminin, limfa düyünlərinin, ginekoloji orqanların, qarın boşluğu orqanlarının, dərinin, gözün və s. orqanların vərəm xəstəliyi təcrübədə müşahidə edilən patologiyalardandır".

Doktor Rafiq Bayramovun sözlərinə görə, vərəm əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir:

"Bundan başqa vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Çünki, vərəm çöpləri yoluxduğu orqanizmdə latent (“yatmış”) formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilir. Çox yerinə düşən bir deyim var ki, vərəm elə xəstəlikdir ki, heç vaxt öz vizit kartını əvvəlcədən heç kəsə göndərmir. Bu baxımdan hər bir kəs ömrünün istənilən dövründə vərəmlə xəstələnə bilər. Ancaq təbii ki, vərəmlə xəstələnməyə görə risk qrupu olan şəxslər var ki, o, insanlarda vərəm daha çox rast gəlinir. Bu risk qrupunu təşkil edən insanlarda immunitetin zəifləməsi əsas faktorlardan biridir.

Cəmiyyətdə vərəm xəstəliyinə münasibətin birmənalı və müsbət olmaması vərəmə tutulan şəxslərin əksər hallarda öz xəstəliyini gizlətməyə çalışmasına səbəb olur. Burada bir səbəb də, cəmiyyətdə vərəmlə qeyri-normal, o cümlədən tüfeyli həyat tərzi keçirən şəxslərin, alkoqoliklərin, narkomanların, həsxanada olanların xəstələnməsi fikrinin olmasıdır. Düzdür, bu insanlarda vərəm daha çox rast gəlinir. Ancaq tam normal həyat tərzi və yaşayış şəraiti olan şəxslər də vərəmlə xəstələnə bilər. Xüsusilə şəkərli diabet olan, açıq ürək əməliyyatları və digər ağır cərrahi əməliyyatlar keçirən, uzun müddətli hormonal preparatlar qəbul edən, pəhriz saxlayaraq kəskin arıqlayan şəxslər vərəmlə daha çox xəstələnir. Buna görə də, cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə tədbirlərinin artırılması yaxşı olardı".

R. Bayramov deyir ki, vərəmin lokalizasiyasından asılı olmayaraq, bu xəstəlik üçün xas olan nisbi patoqnomik əlamətlər - axşamlar zəif subfebril hərarətin (37,2-37,4 C) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyyəsinin tərləməsi, ümimi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir. Ən çox tənəffüs orqanlarının, ağciyərlərin vərəmi rast gəldiyi üçün qeyd etmək lazımdır ki, ağciyər vərəminin müxtəlif formalarında nisbi patoqnomik əlamətlərlə yanaşı ən çox müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır: "Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki, xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür. Onu da qeyd edim ki, vərəm tam sağalan xəstəlikdir və nə qədər tez aşkar edilib düzgün müalicəyə başlanılarsa nəticəsi bir o qədər  effektli olar".

 

 




Baxış sayı: 2 298
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30