FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şıxəli Qurbanovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
19-08-2025, 12:30 | MƏDƏNİYYƏT
Şıxəli Qurbanovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

Bu gün Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan, milli ruhun və azad düşüncənin fədakar müdafiəçisi, görkəmli dramaturq, yazıçı, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru Şıxəli Qurbanovun anadan olmasının 100 illiyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dramaturqun mənalı ömür yolundan və fədakar elmi, ictimai fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında Şıxəli Qurbanovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlarla yanaşı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, professor Əziz Mirəhmədovun “Şıxəli Qurbanov fenomeni” və filologiya elmlər doktoru, professor Ramin Əhmədovun “Unudulmaz şəxsiyyət: Şıxəli Qurbanov” kimi məqalələrinin tam mətni təqdim edilir.

Elektron bazada görkəmli yazıçının müəllifi, redaktoru olduğu, Azərbaycan və rus dillərində nəşr edilən kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Şıxəli Qurbanovun 100 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Notlar”, “Dissertasiya və avtoreferatlar”, “İzomateriallar”, “Elektron resurslar”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən yazıçının yubileyi ilə əlaqədar videomaterial da hazırlanıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Şıxəli Qurbanovun fəaliyyətinin təkcə ədəbiyyat, dilçilik və teatr sahəsi ilə məhdudlaşmadığı, onun milli ideyaların, milli bayramların və azərbaycançılıq düşüncəsinin dövlət səviyyəsində dirçəlişinin əsas təşkilatçılarından biri olması diqqətə çatdırılır. Materialda görkəmli dramaturqun zəngin yaradıcılığı ilə yanaşı, milli-mənəvi dəyərlərə və maarifçilik ideyalarına əsaslanan geniş ictimai fəaliyyətindən də bəhs edilir, məhz onun sayəsində 1967-ci ildə Novruz bayramının ilk dəfə rəsmi bayram kimi dövlət səviyyəsində qeyd edilməsi haqqında məlumat verilir. Materialda Şıxəli Qurbanovun Azərbaycan ədəbiyyatına, dramaturgiyasına və ictimai fikrinin inkişafına verdiyi töhfələrlə yanaşı, müxtəlif illərdə fəaliyyətini əks etdirən foto və videogörüntüləri də sərgilənir.

“Yazıçı, dramaturq Şıxəli Qurbanov 100” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

 




Baxış sayı: 185
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30