İran Prezidenti Məsud Pezeşkian Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündən sonra Cənubi Qafqazda sülhün İran üçün strateji prioritet olduğunu bildirib.
Fact-info.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
“Cənubi Qafqazda sülh İranın strateji prioritetidir və biz Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik. İranın mövqeyi odur ki, Qafqazda sərhədlər dəyişdirilməməlidir, çünki belə dəyişikliklər geosiyasi rəqabətə səbəb ola bilər”, - deyə İran Prezidenti vurğulayıb.
O əlavə edib ki, İran qonşularına, xüsusilə Ermənistan üçün sülh və əmin-amanlıq arzulayır və inteqrasiya ilə dostluğun təhlükəsizlik və inkişaf yolunda ən yaxşı amillər olduğunu qeyd edib.
“Biz həmişə Ermənistanın ərazi bütövlüyünü müdafiə etmişik, bu, bizim siyasətimizdir və bölgədə güc tətbiqinə qarşıyıq”, - deyə Pezeşkian bildirib.
O, həmçinin qeyd edib ki, Cənubi Qafqazdakı problemlər region ölkələri tərəfindən həll edilməlidir və xarici güclərin müdaxiləsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
