FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15-10-2024, 17:30 | MƏDƏNİYYƏT
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib

Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524) 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.

Fərman bu il İngiltərənin “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarix Muzeyinə hədiyyə edilib.

Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb. Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair fərmanlarından biri olan bu sənəd bütöv və möhürlü vəziyyətdə olması ilə xüsusi əhəmiyyət daşıyır.

Fact-info.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov xalqımıza məxsus tarixi və mədəni irs nümunələrinin Azərbaycana qaytarılması və qorunub saxlanılmasının dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirib. Nazir müavini deyib: “Bu, həm də mədəniyyət siyasətimizin əsas istiqamətlərindən biridir. Dövlət qurumlarının bu sahədə apardığı işlərə vətəndaşlarımızın da dəstək verməsi təqdirəlayiq haldır və bu cür təşəbbüslər cəmiyyətimizin həmrəyliyini və milli dəyərlərə bağlılığını nümayiş etdirir. Səfəvilər dövlətinin ilk illərinə məxsus bu nadir sənəd Azərbaycanın dövlətçilik ənənələrinə dair dəyərli eksponat olmaqla yanaşı, gələcək nəsillər üçün tarixi mənbədir”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şah İsmayıl Xətainin imzası olan bir sənədin ölkəmizə gətirilməsini böyük tarixi və siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı qeyd edib ki, Azərbaycanın tarixi və mədəni irs nümunələrinin ölkəyə qaytarılması artıq ənənəyə çevrilib: “Vətəndaşımızın şəxsi təşəbbüsü ilə Azərbaycan xalqının böyük oğlu, sərkərdə və şair Şah İsmayıl Xətainin fərmanının satın alınaraq muzeyimizə hədiyyə edilməsi əsl vətənpərvərlik nümunəsidir. Bu, həm də xalqımızın öz tarixini yaşatmaq və ona sahib çıxmaq əzmini göstərir”.

Fərmanın muzeyin daimi ekspozisiyasında sərgilənəcəyini bildirən N.Vəlixanlı Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünün tamam olduğu vaxtda Azərbaycana gətirilməsinin rəmzi məna daşıdığını deyib.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Xətainin dövlətçilik fəaliyyəti, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi onun bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında bədii-musiqili kompozisiya təqdim olunub.




Baxış sayı: 140
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30