Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Mariano Qrossi qurumun İdarə Heyətinə təqdim etdiyi son bəyanatında İranda yerləşən nüvə obyektlərinə edilən hücumlardan sonra yaranmış vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib.
Fact-info.az beynəlxalq quruma istinadla bildirir ki, baş direktor Natanz nüvə kompleksində cümə günü baş vermiş hücum nəticəsində obyektin yerüstü hissəsində böyük dağıntılar qeydə alındığını söyləyib. Qeyd edilib ki, enerji infrastrukturu sıradan çıxarılıb və kompleksin daxilində həm kimyəvi, həm də radioloji çirklənmə mövcuddur. Lakin obyektin xaricində radiasiya səviyyəsi normal olaraq qalır və ətraf mühitə və əhaliyə təsir müşahidə olunmayıb.
AEBA İsfahan nüvə obyektində dörd binanın zədələndiyini təsdiqləyib, lakin Fordo, Buşehr və Tehran tədqiqat reaktorlarında hər hansı bir zərər qeydə alınmayıb. Qrossi inspektorların təhlükəsizliyinin təmin edilməsinin əsas prioritet olduğunu qeyd edib və agentliyin İranda fəaliyyətini davam etdirməyə tam hazır olduğunu bildirib: “Biz hərbi eskalasiyanın qarşısını almaq, diplomatik həll yollarını təşviq etmək və nüvə təhlükəsizliyini təmin etmək üçün bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırırıq.”
Baxış sayı: 90
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
