Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim edilib. Fact-info.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsertdə tanınmış müğənnilər, musiqi və rəqs kollektivləri çıxış ediblər.
İki saata yaxın davam edən tədbir boyunca Azərbaycana, doğma Qarabağa həsr olunan mahnılar, Vətənimizi vəsf edən musiqilər səslənib.
Mərkəzin parkında konserti izləyən yüzlərlə tamaşaçı mahnıları müğənnilərlə birlikdə ifa edib, bu bayram gününü yüksək əhvali-ruhiyyə ilə keçirmək imkanı qazanıblar.
Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılıb.
Baxış sayı: 125
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
