FACT-INFO.AZ » SİYASƏT » Qurtuluş məfkurəsi: müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi
14-06-2025, 11:30 | SİYASƏT
Qurtuluş məfkurəsi: müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi

Ölkədə hakimiyyət böhranı, siyasi qarşıdurmalar və xaos dərinləşərək mövcud sistemi iflic vəziyyətinə salmışdı. 1993-cü ilin iyununda vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın dövlətçiliyini təhdid edirdi. Çətin bir şəraitdə xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi.
15 İyun - Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik ənənələrinin bərpası, siyasi sabitliyin təmin edilməsi və müstəqil gələcəyə doğru ilk addım kimi dəyərləndirilir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz qeyri-sabitlik və parçalanmaq təhlükəsindən xilas olmuş, inkişaf dövrünə qədəm qoymuşdur.
Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin təbii sərvətlərindən səmərəli istifadəni təmin etmək və iqtisadiyyatı canlandırmaq məqsədilə milli neft strategiyasının hazırlanmasına başlandı. Bu strategiyanın əsas hədəfi ölkənin neft və qaz ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadəni təmin etmək idi. Dövlətimizin milli neft strategiyasının əsasını xarici sərmayənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılması, ölkənin zəngin karbohidrogen ehtiyatlarının mənimsənilməsindən əldə olunan gəlirlərin effektiv, şəffaf idarə edilməsi təşkil edirdi. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın enerji resurslarının beynəlxalq bazarda istifadəsini təmin edərək ölkəmizə investisiya gətirdi. Məhz neft strategiyasında nəzərdə tutulmuş əsas hədəflərə çatmaq naminə Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis olunması vaxtında və uzaqgörənliklə atılmış addım idi.
Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin sayəsində ölkəmizdə bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılmış, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılmışdır. "Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" deyən Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində vahid komandanlıq yaradıldı, şanlı ordumuz müasir silahlarla təchiz edildi. Bu uğurlar gələcəkdə tarixi zəfərlərin əldə olunmasına yol açdı.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Heydər Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi strateji layihələr həyata keçirildi. Bu faktorlar Azərbaycanı enerji təhlükəsizliyinin regional mərkəzinə çevirərək iqtisadiyyatın güclənməsində mühüm rol oynadı. Enerji və nəqliyyat layihələri vasitəsilə ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiya olunması Azərbaycanın müstəqil və nüfuzlu dövlət kimi tanınmasına töhfə verdi.
Beləliklə, Heydər Əliyevin əsasını qoyduğu təməllər sayəsində Azərbaycan müstəqil, güclü və müasir dövlətə çevrildi. Onun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 il ərzində işğal altında olan torpaqlarını azad etdi. Bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi bərqərar olundu.
2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi müasir dövrün çağırışlarına cavab verən strateji sənəddir. Bu Bəyannamə regional təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ortaq maraqlara əsaslanan strateji müttəfiqliyin təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır. Sənədin məhz Şuşada - ölkəmizin tarixi, mədəni və simvolik əhəmiyyətə malik şəhərində imzalanması ona xüsusi rəmzi dəyər qazandırmaqla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıqların hüquqi təsdiqi, regionda yaranan güc balansında qardaş ölkələrin birgə mövqeyinin nümayişi və gələcək strateji hədəflərə aparan yol xəritəsi kimi dəyərləndirilir.
Bəyannamə çərçivəsində müəyyən edilmiş öhdəliklərin həyata keçirilməsi nəticəsində müdafiə sənayesi, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq daha da dərinləşib. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıraraq Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə söz və nüfuz sahibi kimi mövqelərinin daha da güclənməsini təmin edir.  Bu Bəyannamənin tarixi əhəmiyyətinin qeyd olunması və sözügedən sənədin siyasi, hüquqi, iqtisadi aspektlərinin dərindən təhlil olunması məqsədilə hər il iyunun 15-də Şuşada beynəlxalq səviyyəli tədbirlər təşkil olunur. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə müxtəlif mövzularda keçirilən konfranslar Şuşa Bəyannaməsinin davamlı aktuallığını, inteqrasiya və strateji tərəfdaşlıq baxımından verdiyi töhfələrin daim diqqət mərkəzində olduğunu göstərir.
Əldə olunan bütün uğurlar məhz 1993-cü il iyunun 15-də - Milli Qurtuluş Günündə başlanmış uzaqgörən, məqsədyönlü və milli maraqlara əsaslanan siyasi kursun məntiqi nəticəsidir. Həmin gün təkcə dövlətçiliyin fəlakətdən xilas edildiyi bir tarix deyil, eyni zamanda, ölkəmizin sabitlik, sosial-iqtisadi dirçəliş, beynəlxalq nüfuzun möhkəmlənməsi və müstəqilliyin dönməzliyini təmin edən yeni və parlaq bir inkişaf mərhələsinin başlanğıcı kimi milli yaddaşımıza həkk olunmuşdur.
Aslf Əsgərov
Milli Məclisin deputatı




Baxış sayı: 140
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031