Fact-info.az xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəliyi İsrailin ötən gecə İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması üçün rəsmi müraciət edib.
BMT yanında İranın daimi nümayəndəsi Əmir Səid İravani tərəfindən Təhlükəsizlik Şurasının sədrinə ünvanlanan məktubda qeyd olunub ki, "sionist rejim düşünülmüş, qanunsuz və məqsədli şəkildə İran İslam Respublikasına qarşı bir sıra koordinasiyalı hərbi hücumlar həyata keçirib. Bu hücumlar həm nüvə obyektlərini, həm də mülki infrastrukturu hədəfə alıb".
Məktubun mətnini "Tasnim" agentliyi yayıb. İran tərəfi hücumları beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək dünya ictimaiyyətini və xüsusilə BMT Təhlükəsizlik Şurasını məsələyə dərhal reaksiya verməyə çağırıb.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
