FACT-INFO.AZ » AKTUAL » Şəhid Salman Cəfərovun xatirəsi yad edildi!
16-06-2025, 15:30 | AKTUAL
Şəhid Salman Cəfərovun xatirəsi yad edildi!
1988-ci ilin əvvəllərində Ermənistan ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüzə başlayanda Ölkəmizin qeyrətli oğul və qızları ayağa qalxdılar. O zaman Azərbaycan keçmiş SSRİ-nin tərkibində idi. Ordumuz yox idi. Keçmiş SSRİ Rəhbərliyi erməniləri müdafiə edirdi. Salyan rayonu Yenikənd kəndinin yetirməsi, 1965-ci il təvəllüdlü Salman Cəfərov Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil alırdı.Birinci kurs tələbəsi S.Cəfərov Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırıldı. O, məcburiyyət qarşısında xidmətini Qazaxıstanda başa vurdu. Geri qayıdan kimi BDU-nu bitirdi, doğma kəndlərində müəllim kimi fəaliyyətə başladı.
Gənc mütəxəssis kimi şagirdlər arasında hörmət qazanan Salman müəllim Qarabağa getmək, düşmənlərə qarşı aparılan mübarizədə iştirak etmək istəyirdi.1992-ci ilin iyul ayında belə bir fürsət yarandı. O, Azərbaycan Müdafiə Nazirliyinin tabeçiliyindəki “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başladı. Zabit Salman Cəfərovun döyüş yolu Füzuli bölgəsindən başladı. S.Cəfərov Tank əleyhinə idarə olunan raket diviziyası komandirinin müavini olaraq həm şəxsi heyəti qorumağa çalışır, həm də döyüş əməliyyatlarının uğurla nəticələnməsi üçün əllərindən gələni əsirgəmirdi. Füzuli rayonu ərazisində yerləşən Uryandağ yüksəkliyi uğrunda aparılan əməliyyat zamanı düşmən tərəfin xeyli sayda texnikası və canlı qüvvəsi məhv edildi. Bu qalibiyyət cəbhəyanı hərbi hissələrdə böyük coşqu ilə qarşılandı.
Bu uğura görə Salman Cəfərova növbədənkənar baş leytenant rütbəsi verildi. “Leytenant” adı ilə tanınan Salman bəy 1993-cü ilin fevralında 7 gün mühasirədə qalan zabit və əsgərlərin mühasirədən çıxarılmalarına yardımçı oldu. S.Cəfərov həmçinin, Ağdərə bölgəsində xidmət edən 150 nəfər zabit, gizir və əsgərin mühasirədən çıxarılmasında həlledici rol oynamışdır.
Salman Cəfərovun atası Tarverdi əmi, anası Şahnisə xala 3 oğul, 5 qız böyütmüşdülər. Uşaqlar zəhmətkeş, ailə canlı idilər. Ailənin digər övladı-Cəfər Cəfərov da 1992-ci ilin iyun ayında həqiqi hərbi xidmətə yola düşmüşdü. O, qanlı döyüşlərdən birində yaralanmış, müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmışdı. Təəssüflər olsun ki, qanlı-qadalı müharibədən salamat qayıdan Cəfər bəy 2005-ci il yanvarın 9-da yaşadığı Yenikənd kəndində avtoqəzanın qurbanı oldu(Salman subay, Cəfər ailəli idi. Cəfərin 2 övladı yadigar qalıb).
Salman Cəfərovun döyüş yolu 1993-cü il iyun ayının 15-də sona çatdı. O, şəhadətə qovuşdu, el-obanın adətilə Yenikənd kənd qəbristanlığında dəfn edildi.
Bu il martın 7-də 60 yaşı tamam oldu Salman müəllimin. Vaxtilə oxuduğu, sonra isə işlədiyi tədris ocağında, həmçinin, Yenikənd kəndindəki Şirvan restoranında şəhid baş leytenant Salman Cəfərovun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbin direktoru Elnur Nəzirov, el ağsaqqalı Qurban Bağırov, müəllimlərdən İlham Qəhrəmanov, Bəyməmməd Səlimov, ehtiyatda olan General-mayor, müharibə veteranı Novruzəli Orucov, Şəkərli kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Səlimağa Səlimov, Salman Cəfərovun sinif yoldaşı, jurnalist Şamil Sabiroğlu və başqaları şəhid eloğlumuzun qısa, lakin mənalı ömür yolundan söhbət açdılar.Böyük qardaşı Pirverdi Cəfərov Salman müəllimin adını uca tutaraq anma mərasiminə qatılanların hər birinə ailəsi adından təşəkkür etdi.
Daha sonra tədbir iştirakçıları Yenikənd kənd qəbristanlığında uyuyan şəhid Salman Cəfərovun məzarını ziyarət etdilər. Daha sonra ata ocağında şəhid Salman Cəfərovun adına ehsan süfrəsi təşkil edildi.
Şamil Sabiroğlu, jurnalist



Baxış sayı: 585
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30