FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Şuşa Bəyannaməsi – dostluqdan strateji əməkdaşlığa gedən yol
13-06-2025, 16:00 | TƏDQİQATLAR-ANALITIKA
Şuşa Bəyannaməsi – dostluqdan strateji əməkdaşlığa gedən yol

Azərbaycan və Türkiyə arasında münasibətlər tarixən qardaşlıq və dostluq prinsipləri üzərində qurulub. Lakin 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsi bu əlaqələri rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Qarabağın incisi olan Şuşa şəhərində imzalanaraq yalnız iki ölkənin deyil, bütün türk dünyasının siyasi tarixində mühüm yer tutdu. Bəyannamə həm də 44 günlük Vətən müharibəsindən sonra yaranan geosiyasi reallıqların hüquqi və siyasi ifadəsidir.

Şuşa Bəyannaməsinin imzalanması, 2020-ci ildə Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra baş verdi. 30 ilə yaxın işğal altında qalan ərazilərin azad edilməsi yalnız Azərbaycanın deyil, həm də regionun tarixində dönüş nöqtəsi oldu. Bu prosesdə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi əhəmiyyət kəsb edirdi. Elə bu dəstəyin təməli olaraq, Şuşada imzalanmış bəyannamə iki ölkənin bundan sonrakı münasibətlərini sistemli və çoxşaxəli şəkildə tənzimləməyə yönəlib.
Bəyannamənin ən mühüm hissələrindən biri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqdır. Tərəflər, hər iki ölkənin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidə qarşı birlikdə tədbir görmək öhdəliyi götürürlər. Bu, faktiki olaraq hərbi ittifaq xarakteri daşıyan müddəadır. Bəyannamədə ortaq hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və birgə layihələrin inkişafı kimi məsələlər də öz əksini tapır.

Şuşa Bəyannaməsində iqtisadi inteqrasiya və nəqliyyat əlaqələrinin inkişafı xüsusi yer tutur. Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa, həm Azərbaycan, həm Türkiyə, həm də ümumilikdə region üçün strateji əhəmiyyətə malikdir. Bu dəhliz vasitəsilə Naxçıvanla Azərbaycanın əsas hissəsi birləşəcək, eyni zamanda Türkiyədən Orta Asiyaya uzanan yeni bir nəqliyyat xətti formalaşacaq.

Bəyannamənin Şuşada imzalanması təsadüfi deyildi. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin beşiyi olmaqla yanaşı, Qarabağ zəfərinin ən önəmli simvoludur. Bu şəhərdə bəyannamənin imzalanması, həmçinin, Azərbaycanın bu torpaqlarda suverenliyinin təsdiqi və Türkiyənin buna tam dəstəyinin təcəssümüdür. Bu addım həm də dünyaya verilmiş siyasi mesaj idi - bölgədə yeni reallıqlar var və bu reallıqlar türk dövlətlərinin birliyi və əməkdaşlığına söykənir.

Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında imzalanmış sənəd deyil. Bu sənəd, eyni zamanda Türk Dövlətləri Təşkilatı və ümumiyyətlə türk dünyası üçün strateji çərçivə rolunu oynayır. O, digər türk dövlətlərinə də ortaq müdafiə, iqtisadi əməkdaşlıq və mədəni inteqrasiya yollarının açıq olduğunu göstərir. Türk dövlətlərinin daha sıx əməkdaşlıq etməsi üçün nümunəvi model təqdim edir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətləri yeni mərhələyə - strateji müttəfiqlik mərhələsinə yüksəldən tarixi sənəddir. Bu sənəd təkcə iki ölkə arasında deyil, həm də regionun gələcəyi, sabitliyi və inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır. Şuşada imzalanması ilə sənədin simvolik və siyasi çəkisi daha da artır. Əminliklə demək olar ki, bu bəyannamə gələcək nəsillərə miras qalacaq və türk dünyasının birliyinə gedən yolda möhkəm təməl olacaq.

Əminə Ağazadə
Milli Məclisin deputatı




Baxış sayı: 200
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30