FACT-INFO.AZ » XƏBƏR » Fars körfəzi üzərində geosiyasi fırtına: İran iqtisadiyyatı üçün təhlükə
11-10-2024, 08:30 | XƏBƏR
Fars körfəzi üzərində geosiyasi fırtına: İran iqtisadiyyatı üçün təhlükə

2024-2025-ci maliyyə ilində (apreldən marta qədər olan dövrü əhatə edir – red.) İranın iqtisadi artımının 3,8 %-ə, 2025-2026-cı illərdə isə 1,8 %-ə qədər azalacağı proqnozlaşdırılır.

Bu barədə  Fact-info.az “Report” -a istinadən xəbər verir.

“Fitch Solutions”dan qeyd edilib ki, bu, sanksiya təzyiqinin artması və xüsusilə də İran neftinin ən böyük alıcısı olan Çin tərəfdən neftə tələbatın zəifləməsi ilə bağlıdır.

2023-2024-cü maliyyə ilində İranın iqtisadi artımı gözləntiləri (proqnozlara görə, 4,3 % olmalı idi) üstələyərək 5 %-ə çatıb. Bu artım, ABŞ-nin sanksiyalarına baxmayaraq, aktiv neft hasilatı və ixracı hesabına təmin edilmişdi.

Son məlumatlara görə, iqtisadi artım 2023-2024-cü maliyyə ilinin dördüncü rübündəki 5,3 % səviyyəsindən 2024-2025-ci maliyyə ilinin birinci rübündə 4,2 %-ə enib.

“Neft hasilatı və ixracının durğunluğunu, daha zəif gəlirlərin isə dövlət xərclərinin və investisiyaların artımını məhdudlaşdırdığını nəzərə alaraq, 2025-2026-cı maliyyə ilində iqtisadi artımın daha da yavaşlayaraq 1,8 % səviyyəsində olacağına dair proqnozumuzu dəyişmirik”, - şirkətdən vurğulanıb.

Yavaşlamanın əsas amilləri

Azalmanın əsas səbəbi ABŞ-nin 2024-cü ilin aprelində tətbiq etdiyi yeni sanksiyaların səbəb olduğu neft ixracının azalması və Çin iqtisadiyyatının yavaşlaması olacaq. Neft ixracının 2024-2025-ci illərdə 15,9 %-dən 6,8 %-ə, 2025-2026-cı illərdə isə hətta 1,2 %-ə qədər azalacağı gözlənilir. Həmçinin 2025-ci ildə İranın neft hasilatının artımının 0,2 %-ə (əvvəlki 2 %-lik proqnoza qarşı) və ixracınını isə 1,2 %-ə (2,4 %-ə qarşı) enəcəyi proqnozlaşdırılır ki, bu da dövlət gəlirlərinə təsir göstərəcək və onun investisiya imkanlarını məhdudlaşdıracaq.

Neft sektoru İran iqtisadiyyatında çox vacib rol oynayır və onun durğunluğu dövlətin gəlirlərinə təsir edəcək, xüsusən də sanksiyalardan yayınmaq üçün alıcılara əhəmiyyətli endirimlər etmək zərurəti yarandığı zamanda. Bu, fiskal məhdudiyyətləri gücləndirəcək, əmək haqqının və sosial müavinətlərin artımını ləngidəcək və bütün bu amillər öz növbəsində yekunda şəxsi istehlaka təsir edəcək.

Yüksək inflyasiya və istehlaka təsir

“Fitch Solutions”ın proqnozlarına görə, İran yüksək inflyasiya ilə üzləşməyə davam edir. İnflyasiyanın 2024-cü ilin sentyabrında cüzi azalmasına (31,2 %-ə qədər) baxmayaraq, növbəti illər üçün orta inflyasiya səviyyəsi yüksək olaraq qalacaq: 2024-2025-ci illərdə 33,2 %, 2025-2026-cı illərdə isə 31,7 %.

Buna milli valyutanın zəifləməsi və idxal qiymətlərinə təzyiq səbəb olur. Yüksək inflyasiya şəxsi istehlakı məhdudlaşdıracaq və bu da 2024-2025-ci maliyyə ilində ÜDM artımına cəmi 2 faiz bəndi, 2025-2026-cı illərdə isə 1,1 faiz bəndi töhfə verəcək.

“Fitch Solutions” vurğulayır ki, güclənən quraqlıq kənd təsərrüfatı istehsalı üçün də təhlükə yaradır və bu da iş yerləri və yerli ərzaq qiymətlərinə mənfi təsir göstərə bilər.

İnvestisiyalar risk altındadır

İran Prezidenti Məsud Pezeşkian illik 8 % artıma nail olmaq üçün 100 milyard ABŞ dollarından çox xarici sərmayənin cəlb edilməsinin vacibliyini açıqlayıb. Lakin ABŞ-nin davam edən sanksiyalarını və İranın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Maliyyə Tədbirləri Qrupunun (Financial Action Task Force, FATF) qara siyahısına salınmasını nəzərə alsaq, bu planların həyata keçirilməsi çətin görünür.

ABŞ-nin sanksiya təzyiqinin artması, xüsusən də Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, bu vəziyyəti daha da çətinləşdirəcək, xarici sərmayələr üçün perspektivləri azaldacaq və iqtisadi artımı yavaşlatacaq.

Geosiyasi risklər

Yaxın Şərqdə vəziyyət qeyri-sabit olaraq qalır ki, bu da İran iqtisadiyyatı üçün əlavə risklər yaradır. İsrail və İranın dəstəklədiyi “Hizbullah” qruplaşması arasında münaqişənin kəskinləşməsi genişmiqyaslı müharibəyə çevrilə bilər və bu, İraq, Suriya və Yəməndəki digər proksi-qruplara təsir edəcək. Münaqişənin şiddətlənməsi halında İranın əsas enerji infrastrukturuna ciddi hücumlar ola bilər ki, bu da onun iqtisadiyyatına güclü zərbə vura bilər.

Vəziyyətin yaxşılaşdırılması üçün imkanlar

Bununla belə, “Fitch Solutions” analitikləri qeyd edirlər ki, yaxşılaşma ssenarisi də var: İran Qərblə münasibətlərin normallaşdırılmasında irəliləyiş əldə edərsə, sanksiyaların yumşaldılması ixracın artmasına və investisiyaların cəlb edilməsinə səbəb ola bilər. Bu ssenari az ehtimallı olaraq qalır, lakin potensial olaraq ölkənin iqtisadi inkişafına əhəmiyyətli töhfə verə bilər.

Sanksiyaların sərtləşdirilməsi, yüksək inflyasiya, ixrac gəlirlərinin azalması və geosiyasi risklər davamlı iqtisadi artıma maneələr yaradır. Qısamüddətli perspektivdə ölkə beynəlxalq münasibətlərdə vəziyyətin yaxşılaşmasına ümid edərək iqtisadi məhdudiyyətləri tarazlaşdırmağa çalışacaq.




Baxış sayı: 80
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30