FACT-INFO.AZ » SİYASƏT » Göksel Kayğısız: Dünyadakı növbəti tarixi ədalət Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması ilə bərqərar olacaq
3-10-2024, 19:00 | SİYASƏT
Göksel Kayğısız: Dünyadakı növbəti tarixi ədalət Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması ilə bərqərar olacaq

Tarixin müəyyən dövrlərində imperialist qüvvələrin erməni daşnaklarının əli ilə apardığı qərəzli işğal siyasəti nəticəsində Azərbaycan xalqı öz tarixi, əzəli yurd-yuvaları olan Qərbi Azərbaycandan min bir işgəncələrlə deportasiyalara məruz qalıb. Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti müasir dövrə qədər davam edib. Sonuncu dəfə Qərbi azərbaycanlılar 1987-1991-ci illərdə öz el-obalarını tərk etmək məcburiyyəti qarşısında qalıblar. Ermənilərin anti-Azərbaycan, antitürk münasibəti təkcə soydaşlarımıza deyil, tarixi torpaqlarımıza qarşı da davam edib. Belə ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarından qovulması o bölgələrin etnik mənsubiyyətinin dəyişdirilməsi, tarixi dəyərlərimizin məhv edilməsi, təbii sərvətlərimizin mənimsənilməsi və qanunsuz istifadəsi kimi bir çox vandalizm fəaliyyətləri ilə müşayiət olunub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində əslən Göyçə mahalının Dərələyəz bölgəsindən olan, Qars-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Göksel Kayğısız deyib.

Ailəsinin də Qərbi Azərbaycandan məcburi çıxarılanlar arasında olduğunu söyləyən Göksel Kayğısız baba və nənəsinin onlara anlatdıqları xatirələri yada salaraq deyib: “Babamgilin Göyçədən qovulduqları zaman yaşadıqları o dəhşətli hadisələri bizə ağlayaraq danışmasını ömrüm boyu unutmadım və indi də unuda bilmərəm. Onlar ermənilərin min cür işgəncələrinə tab gətirə bilməyərək qarlı-şaxtalı bir qış gecəsində evlərini tərk edərək, sadəcə canlarını qurtara bilmək üçün yollara üz tutublar. Babam deyirdi ki, o yolda onlarla uşaq qarın altında qalaraq dondu, çox sayda insan isə itkin düşdü. İtkin düşənlər arasında əmim və bibim də var idi. Sonra onlar güc-bəla ilə Qarsa gəlib və burada yaşayıblar. İllər sonra əmim və bibimin sağ olduğu xəbərini aldıq. Onlar o gün təsadüfən yoldan keçən xeyirxah insanların sayəsində həyatda qalıblar. Babam öz bacı-qardaşı ilə uzun illərdən sonra bir-birini tapdılar. Nənəm isə tez-tez ağlayır, bayatılar söyləyərdi. O bayatıları heç unuda bilmirəm. İllər keçdikcə babam və nənəmin göz yaşları bir az səngidi, lakin Vətən həsrəti heç vaxt azalmadı. Onlar elə bu həsrətlə də dünyadan köçdülər”.

Tarixə nəzər salan həmsöhbətimiz 1918-1920-ci illərdə deportasiya qurbanı olan çox sayda azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, öz ata-baba yurdlarından didərgin salındığını deyib: “O vaxtlar yüzlərlə Azərbaycan kəndi Yer üzündən silinib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin əli ilə Ermənistan ərazisinə daxil etməyə nail olublar. Sonralar isə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasəti daha qabarıq hal aldı. Bu məqsədlə də ermənilər misli görünməmiş vəhşiliklərə əl atdılar. Bunun ardından, yəni 1948-1953-cü illərdə növbəti deportasiya prosesi başladı. Bu, ermənilər üçün bir dövlət siyasətinə çevrilmişdi. Bütün bunlar SSRİ Nazirlər Sovetinin müəyyən qərarları əsasında həyata keçirilirdi. Təbii ki, bu qərarlar ermənilərin məkrli əməlləri üçün fürsət idi. O dövrdə 150 mindən çox azərbaycanlı indiki Ermənistan ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlılardan ibarət olan İrəvan və Ermənistanın digər bölgələrində soydaşlarımız təqiblərə məruz qalaraq oradan çıxarılıblar”.

Azərbaycan torpaqlarından oranın əsl sahiblərinin sonuncu deportasiyasının 1988-1989-cu illər arasında da davam etdiyini xatırladan Göksel Kayğısız bildirib ki, bu illər ərzində 250 mindən çox azərbaycanlı el-obasından didərgin salınıb: “Tarixi sübutlar bu deportasiyalar nəticəsində ümumilikdə bir milyon yarımdan çox azərbaycanlının öz torpaqlarından qovulduğunu göstərir. Burada azərbaycanlılara məxsus 940 yaşayış məntəqəsindən 698-nin adı erməniləşdirilib. Adların dəyişdirilməsi prosesi azərbaycanlıların bu ərazilərdən tamamilə çıxarılmasından sonra da davam edib və Ermənistanın keçmiş rəhbərliyinin 1991-ci il 9 aprel tarixli Fərmanı ilə azərbaycanlılara məxsus son 91 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz olunub”.

Müsahibimiz sözlərinə davam edərək deyib: “Ermənilər heç vaxt qana doymayıblar. Biz isə unutqan millətik. Bütün bu hadisələrə baxmayaraq, ermənilər hələ də Qarabağda və Azərbaycanın digər bölgələrində yaşamağa davam ediblər. Çox da gözəl yaşayırdılar. Bu gün də Azərbaycanda çox sayda erməni var və bunu hamımız bilirik. Buna baxmayaraq, onları Azərbaycanda heç vaxt narahat edən olmayıb, yoxdur da. Lakin onların məkrli niyyətləri heç vaxt bitməyib. Elə bu səbəbdən də ötən əsrin sonlarında Qarabağ məsələsi ortaya çıxdı. Sonrası isə hər kəsə məlumdur, Xocalı və bunun kimi neçə soyqırımı...”

İkinci Qarabağ müharibəsini xatırladan Göksel Kayğısız deyib: “Vətən müharibəsi torpaqlarımızın azad edilməsi ilə yanaşı, Azərbaycan xalqının özünəinamını da qaytardı. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Azərbaycan Ordusunun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qarabağ Zəfəri Azərbaycanla yanaşı, bölgədə də yeni reallıqlar yaratdı. İndi o torpaqlarımıza Böyük Qayıdış başlayıb. Qərbi azərbaycanlılar olaraq bizim də tezliklə öz el-obamıza qayıdacağımıza inamımız sonsuzdur. Bu inamı bizə ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyev verib. Prezidentin Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi konseptual və proqram əsaslı fikirləri də bir növ bu qayıdışın yol xəritəsi idi. Görünən odur ki, Azərbaycan Prezidentinin qüdrəti və apardığı uğurlu siyasət sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaqda deyil. Dünyadakı növbəti tarixi ədalət Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması ilə bərqərar olacaq”.




Baxış sayı: 115
Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30 Azərbaycan Britaniya ilə yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib 17-09-2026, 20:00 Üzeyir Hacıbəyli Festivalının proqramı açıqlanıb 17-09-2026, 18:30 Azərbaycanın QHT Agentliyi Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunur 17-09-2026, 17:00 Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməlidir 17-09-2026, 16:00 Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib 17-09-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930