Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində Belarusun paytaxtı Minskdə “Qayıdış, miqrasiya, stabillik: Azərbaycan təcrübəsi” adlı dəyirmi masa keçirilib.
Fact-info.az xəbər verir ki, dəyirmi masada Belarus ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Belarusdakı diasporunun məsul şəxsləri, Minsk Şəhər Şurasının, Belarus Miqrasiya komitəsinin məsul şəxsləri, Belarus Dövlət İdman Akademiyasının tələbələri, “KINIK” MMC-nin, ”PORA” mərkəzinin, “Akademtrans” təşkilatının,18 saylı gimnaziyanın məsul şəxsləri iştirak ediblər.
Dəyirmi masada Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti giriş və salamlama nitqi ilə çıxış edərək layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb.
Belaruslu qızların ifasında “Uzundərə” rəqs proqramı təqdim edildikdən sonra dəyirmi masa öz işinə başlayıb.
Beynəlxalq hüquq üzrə ekspert Ziya Quliyev Azərbaycan həqiqətlərini Belarus ictimaiyyətinə təqdim edib. O, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların müxtəlif illərdə üzləşdiyi deportasiya hadisələri, hüquq pozuntuları və statistik göstəricilərə dair məlumatları tədbir iştirakçılarına çatdırıb.
Dəyirmi masada “Akademtrans” tədris mərkəzinin eksperti Natalya Qarbuz və Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli miqrasiya məsələləri, Azərbaycan və Belarus Respublikaları arasında əməkdaşlıq münasibətləri barədə geniş təqdimat ediblər.
Sonra təqdimatlara dair müzakirələr aparılıb, suallar cavablandırılıb (AZƏRTAC)
Baxış sayı: 135
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
