FACT-INFO.AZ » CƏMİYYƏT » Ermənistanın silahlandırılması sülhə, sabitliyə təhdiddir 
15-08-2024, 17:00 | CƏMİYYƏT
Ermənistanın silahlandırılması sülhə, sabitliyə təhdiddir 
Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemini, həmçinin İrandan və Hidistandan müxtəlif növ silahların alması xəbəri gündəmi tərk etməmiş ABŞ-ın hay məmləkəti ilə hərbi əməkdaşlığı məsələsi ortalığa çıxıb. Ermənistan niyə silahlandırılır, bu ölkələrin məqsədi nədir?
Bəkə Ermənistan silahlandıqdan sonra Türkiyəyə və yaxud Rusiyaya qarşı vuruşacaq? Əsla belə deyil.
Erməni mediasına. internet resurslarına nəzər salıb, bəzi erməni politoloqlarının çıxışlarına diqqət etsək bir çox mətləblər aydınlaşar. Ermənistandakı o silahların Rusiyaya, Türkiyəyə, hətta İrana qarşı istifadə edilməyəcəyi şübhəsizdir. Həmin silahlar keyfiyyətindən, hansı ölkənin istehsal etməsindən asılı olmayaraq, bir gün gələcək Azərbaycana tuşlanacaq. Xarici himayədarlarının dəstəyi ilə Ermənistan Cənubi Qafqaz regionunda bu qədər fəlakətlər yaradıb, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayıb və terroru dövlət siyasətinə çevirən ölkədir. Belə ölkənin yenidən silahlanmaya cəhd etməsi ciddi narahatlıq doğurur. Ermənistan sülhə deyil, müharibəyə hazırlaşması reallıqdır. Çünki ermənilər hər zaman vəziyyətin dəyişməsini və özləri üçün yaranan fürsət pəncərəsinin açılmasını gözləyirlər. Və bu yolla onlar yenidən işğalçılıq siyətlərinə başlamaq istəyirlər.
Sülh imitasiyası regionda sabitliyə təminat verə bilməz. Ermənistanın silahlanma məsələsinə biganə yanaşa bilmərik. 30 il bu regiona fəlakət gətirən, minlərlə insanın ölümünə bais olan, Azərbaycanın bu qədər şəhər və kəndlərini yer üzündən silən ölkənin yenidən silahlanmasına necə göz yuma bilərik? Ona görə, hay məmləkətinin hərbisizləşdirilməsi məsələsi gündəmdə olmalıdır.
Necəki II Dünya müharibəsində bütün dünyaya meydan oxuyan Almaniya və Yaponiya yekunda məğlub oldular. Həmin adı çəkilən ölkələrə qarşı müharibə cinayətlərinə görə, ciddi sanksiyalar tətbiq edildi. Həm Almaniya, həm də Yaponiya mütəşəkkil ordu saxlamaq səlahiyyətindən məhrum edildi. Bu gün belə beynəlxalq təcrübə Ermənistana qarşı niyə tətbiq olunmasın?
Ermənistana silah satan ölkələrlə bütün sferalarda danışıqlar aparmaq lazımdır. Çünki həmin ölkələrin nəhəng şirkətlərinin Azərbaycanla geniş əlaqələri var. Hətta bəzi nüfuzlu şirkətlər öz ölkələrinin xarici siyasətinə təsir etmək gücündə olur. Bu baxımdan regionda yenidən müharibə riskinin yaranmaması, Azərbaycanın hər hansı itkilərlə üzləşməməsi üçün Ermənistan sülh müqaviləsini hərbisizləşdirilmiş ölkə kimi imzalamalıdır. Əks təqdirdə Ermənistan istənilən sülh müqaviləsini öz əxlaqına uyğun poza biləcək, konfliktlərə meylli ölkə olduğunu göstərəcək.
Əkrəm Bəydəmirli



Baxış sayı: 265
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30