FACT-INFO.AZ » MƏDƏNİYYƏT »    Yazdığın hər mahnı canından gəlir...
1-06-2025, 19:30 | MƏDƏNİYYƏT
   Yazdığın hər mahnı canından gəlir...

      Fəxrəddin MEYDANLI-şair, publisist

 26 yanvar 2024-cü il, Bakı, Beynəlxalq Muğam Mərkəzi:-

  Qardaş və soydaş Özbəkistan Respublikasının Azərbaycanda "Elm və mədəniyyət günləri" (23-26.01.2024) çərçivəsində yüz cildlik "TURKIY ADABIYOT DURDONALARI" Antologiyasının təqdinat mərasimi.

       Bu təntənli tədbirdə Azərbaycan və Özbəkistan tərəfdən ictimaiyyətinin tanınmış nümayəndələri, tanınmış yazarlar və şairlər, Azərbaycan Yazıçılar Birliyinin və Özbəkistan Yazıçılar Birliyinin rəhbərliyi, habelə incəsənətin digər sahələrindən olan çoxsaylı insanlar da iştirak edirdilər.

Özbəkistanda nəşr olunmuş, istər bədii tərtibatı, istərsə də məna və məzmunu ilə möhtəşəm olan-Türk dünyasının, o cümlədən Azərbaycan ədəbiyyatının müqtədir nümayəndələrinin bədii əsərləri yer almış "TURKIY ADABIYOT DURDONALARI" Antologiyasının bir neçə nüsxəsi də nə xoş ki, mənim də payıma düşdü.

 

 Tədbirdə bir çox özbək ziyalıları-həmkarlarımla yanaşı, əslən Fərqanə vadisindən olan, dəfələrlə Bakıda görüşdüyümüz-hətta evimdə qonaq da olmuş jurnalist, şair-publisist, Özbəkistan Milli Məclisinin o vaxtki deputatı, hazırda Daşkəndəki Universitetlərdən birinin Kafedra müdiri olan dostum Gulbahor Said G'aninin vasitəsilə Özbəkistan Milli Məclisinin deputatı, Özbəkistanın populyar bəstəkarı Oydinxan Abdullayeva və tanınmış özbək şairəsi  Xosiyyat Rustamlə də yaxından tanış olmaq imkanını qazandım. Buna görə dəyərli dostum Gulbahor xanıma dərin təşəkkürümü bildirirəm.

      Bu görüşdən sonra bizim Oydinxan xanımla sıx yazışmalarımız, canlı telefon rabitələrimiz yarandı. 

      Hətta onunla müştərək mahnılarımızın yarana biləcəyi barədə söhbətlərimiz də oldu və mən ona şeirlərimdən bir neçəsini yolladım.

     Aradan bir müddət keçmi, hörmətli Oydinxan xanım, “Sən sevdin, sevdirdin özünü mənə” rədifli şeirimə mahnı bəstələdiyi barədə mənə bildirəndə, sözün açığı həm təəccübləndim, həm də çox sevindim.

     Təəccübləndim ona görə ki, o qədər gözəl özbək şeirləri ola-ola, oxşar olsa da, başqa türk diolektində yazılmış şeirə müraciət etməyə nə ehtiyac var idi ki? Sonradan elə özüm də özümə cavab taparaq, bir türk xalqları olaraq bizim hər bir cümləmiz-sözümüz, şeirimiz bizim bir-birimizçün doğma, əziz və anlaşılan olduğunun fərqinə vardım.

      Sevindim ona görə ki, böyük özbək xalqının üzdə olan populyar bir bəstəkarı mənim şeirlərimdə ürəyinə yaxın bir duyğu-hiss taparaq, belə bir layihəyə imza atmışdır...

      Bir neçə gün keçmiş, Oydinxan xanım, mahnının vidioyazısını mənə yollayaraq, məni daha da sevidirdi.

      Mahnını Səmərqənddə yaşayan-Cənubi Azərbaycan mənşəli müğənni Diyora Jabbarova çox böyük şövq ilə, məlahətli və şirin səsi ilə elə ifa edib ki, onu dinlədikcən, səsi adamın ürəyinə yağ təki yayılır.

      Onu da minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, bu mahnının üzrərində işləyərək, onu səsləndirib diskin yaddaşına köçürmək üçün Diyora xanım Səmərqənddən bir neçə dəfə Daşkəndə gəlib-qayıtmalı olub. Var olun Diyora xanım-minnətdaram.

      Mahnının ərsəyə gəlməsində isə Oydinxan xanımım əməyi, sevgisi, qiymətli vaxtının sərf olunması danılmazdır. Dərin ehtiramımı qəbul edin Oydinxan xanım-əməyinizi halal edin.

     Bugünlərdə Oydinxan xanımla növbəti rabitəmiz zamanı, o mənə bu mahnını yeni çıxacaq albomuna da daxıl edəcəyi və daha bir layihəsi barədə sevindirici məlumatlar da verdi.

     Belə ki, Oydinxan xanımın mənim növbəti bir şeirimə bəstələyəcəyi-daha doğrusu artıq üzərində işlədiyi mahnını hamımızın tanıdığımız, papulyar, ifalarını sevə-sevə dinlədiyimiz soydaşımız-Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva ifa edəcəyi gözlənilir, inşallah!

     Və Oydinxan xanımla müştərək yaranacaq mahnılarımız, yaxın gələckdə ayrıca bir albom şəkilində də çıxa biləcək ehtimalına da inam bəsləyirəm.

     Belə ədəbi münasibətlər xalqlar arasında-xüsusən də bir kökdən, bir soydan, bir inancdan olan xalqlar arasında böyük sevgi yaradır, insanları bir-birinə yaxınlaşdırır, onları daha da doğmalaşdırır-necə ki, Oydinxan xanımla mənim aramda yaranmış, təmiz-pak, təmənnasız və olduqca dəyərli bir dostluq kimi...

     Hörmətli Oydinxan xanıma istər yaradıcılıq, istərsə də siyasi fəaliyyəti sahəsində davamlı uğurlar arzusiylə.

 

Ay özbək gözəli, ustad bəstəçi,

Doğmadır türklərin hər bir ləhcəsi.

Səmərqənd halvası, Şirvan külçəsi-

ağıza dad verər, damarlara qan,

Əziz Oydinxan.

 

Yazdığın hər mahnı canından gəlir,

Süzülür qəlbindən, qanından gəlir.

Vəh təki göylərdən-anından gəlir-

istər gecə olsun, istər obaşdan,

Əziz Oydinxan.

Fəxrəddin Meydanlı heyran bəstənə,

Təriflər söyləmək, azdır şəstinə.

Əziz dost, tükənməz sevgim var sənə-

    sevir indi səni, cəm Azərbaycan,

Əziz Oydinxan.

01.06.2025-Bakı




Baxış sayı: 470
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30